Mayın 1-dən bu günə qədər ümumilikdə 127 mindən çox uşaq I sinfə qəbul edilib. Bu barədə “Report”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir. Agentlik valideynlərə müraciət edərək bildirib ki, tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının …
Read More »Rusiya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri çərçivəsində Şəhidlər Xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Rusiya lideri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Vladimir Putin Şəhidlər Xiyabanında əklil aparan hərbçiləri izləyib. Onlar “Əbədi məşəl” önünə əklil qoyan zaman dövlət başçısı matəm lentini düzəldib.
Read More »İsrail Prezidenti girovların qaytarılması ilə əlaqədar ABŞ-yə təşəkkür edib
İsrail Prezidenti İsxak Hersoq Vaşinqtonun digər vasitəçilərlə birlikdə girovların qaytarılması üçün göstərdiyi mühüm səylərə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Prezidenti “X”də yazıb. “Bu səhər mən Blinkenə ABŞ-nin digər vasitəçilərlə birlikdə girovlarımızı evə qaytarmaq üçün göstərdiyi mühüm səylərə görə təşəkkür etdim. Bir daha qeyd etdim ki, girovlarımızı ailələrinə qaytarmaqdan böyük qlobal humanitar …
Read More »MN: Ermənistana məxsus kvadrokopterin kəşfiyyat uçuşları cəhdinin qarşısı alınıb
Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. “Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb”, – deyə məlumatda qeyd edilib.
Read More »Rusiya Prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Fəxri xiyabana gələrək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Boyukmillet.com xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Read More »Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonunda “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təlimi keçirilir. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimdə iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Qazaxıstana səfər edib.“Altın Kıran – 2024” birgə taktiki-xüsusi təlimi …
Read More »Deputatlığa namizəd Peyman Sadıqov: Şirvanda problem “Xirtdəyəcəndir”
Hazırda təbliğat-təşviqat kampaniyasını bir çox istiqamətlərdə aparırıq və kampaniyamız uğurla davam edir. Mənim təşviqat kampaniyamın əsası dairənin ərazisində yaşayan gənc və orta nəslin nümayəndələrindən ibarət böyük bir komandadan ibarətdir. Namizədi olduğum dairənin ərazisində mövcud olan və sakinləri daha çox narahat edən əsas problemlərini öyrənmək komanda şəkilində çalışırıq. Çünki fiziki cəhətdən bütün problemləri görmək, onların qeydiyyatını aparmaq mümkün deyil. Lakin komanda …
Read More »Səfir: Türkiyə və Suriyanın yaxınlaşmasında İran konstruktiv rol oynaya bilər
Türkiyə Ankara və Dəməşqin yaxınlaşmasında İranın konstruktiv rol oynayacağına ümid edir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin İrandakı səfiri Hicabi Kırlangiç “Tasnim” agentliyinə müsahibəsində deyib. Suriya ilə münasibətlərin normallaşdırılmasının vacibliyinə işarə edən səfir, Dəməşqdən gələn terror təhlükəsinin qarşısını almağa çağırıb. Onun sözlərinə görə, xarici qüvvələrin, o cümlədən Türkiyə ordusunun Suriyadan çıxarılmasında israrlı olmaq ABŞ-nin ərəb ölkəsində əməlləri nəticəsində yaranan xaosa zəmin …
Read More »Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Azərbaycanın müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, avqustun 18-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Andiçmə mərasimlərində hərbi orkestrların müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik …
Read More »Türkiyədə eyni vaxtda daha iki meşə yanğını baş verib
Türkiyədə Muğla vilayətinin Yatağan və Ula rayonlarında eyni vaxtda iki yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Bildirilir ki, yanğının söndürülməsinə Meşə Təsərrüfatı İdarəsinin və Muğla bələdiyyəsinin yanğından mühafizə xidmətinin qrupları, eləcə də helikopterlər operativ şəkildə cəlb olunub.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar