Bazar ertəsi , 6 Aprel 2026

autor

Rusiya XİN Xəzər dənizi üzrə danışıqların əsas məqsədini açıqlayıb

Xəzər dənizində birbaşa baza xətlərinin yaradılması haqqında sazişin bağlanması beş dənizyanı ölkə arasında danışıqların əsasını təşkil edir. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov Həştərxanda keçirilən Xəzər Media Forumunda bildirib. Onun sözlərinə görə, bu, ölkələrə dövlət sərhədlərini və balıqçılıq zonalarını müəyyən etməyə imkan …

Read More »

HƏMAS ABŞ-nin Qəzzada atəşkəslə bağlı təklifini rədd edib

HƏMAS ABŞ-nin Qəzzada atəşkəslə bağlı təklifini rədd edib. “Hərəkatın bəyanatında deyilir ki, son təklif əvvəllər razılaşdırılmış versiyadan əhəmiyyətli dərəcədə fərqlənir və onlar yeni təklifləri qəbul etməyə hazır deyillər”, – agentlik bildirir. Qəzzada atəşkəslə bağlı danışıqlar aparan vasitəçi dövlətlər Qətərin paytaxtı Dohada ötən həftə əldə edilmiş razılaşmalar əsasında sazişin bağlanmasını asanlaşdıra biləcək təkliflər irəli sürüblər. Vasitəçilər gələn həftənin sonuna kimi müəyyən …

Read More »

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər saxlanılıb, daha 3-ü axtarışa verilib

Türkiyə hakimiyyət orqanları ölkənin şimal-qərb və qərb bölgələrinin böyük bir hissəsini əhatə edən meşə yanğınlarının səbəbini araşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç “X”dəki paylaşımında yazıb. “Ölkəmizin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı prokurorluq araşdırmalara başlayıb”, – o, qeyd edib. Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı “TRT Haber” telekanalında deyib ki, yanğınlarla …

Read More »

Pentaqon pilotsuz təyyarələrin dəyişdirilməsinə 500 milyon dollar xərcləyəcək

ABŞ Müdafiə Nazirliyi pilotsuz uçuş aparatının (PUA) modifikasiyası proqramını həyata keçirmək üçün “General Atomics” ilə 500 milyon dollarlıq müqavilə imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir. Müqavilə çərçivəsində uzaq uçuş məsafəsinə malik taktiki orta hündürlükdə PUA-ların modifikasiyası ilə bağlı proqram həyata keçiriləcək. Pentaqon müqavilə üzrə işlərin 16 avqust 2029-cu ilə qədər tamamlanacağına ümid edir. Bundan əvvəl ABŞ …

Read More »

KİV: İran və “Hizbullah” Doha danışıqları fonunda yumşalır

İran və Livanın “Hizbullah” hərəkatı Qəzza zolağında atəşkəslə bağlı Dohada aparılan danışıqlar fonunda öz raket bölmələrinin döyüş hazırlığı səviyyəsini aşağı salıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Nəşr qeyd edir ki, İsrail kəşfiyyat xidmətləri “Hizbullah” və İranın yumşaldığı qənaətinə gəliblər. Bununla belə, İsrail İranın mümkün zərbəsinin gələcəkdə baş tuta biləcəyini istisna etmir. İsrail hökuməti …

Read More »

İmişlidə ötən illə müqayisədə əhalinin sayında artım olub

İmişli rayonunda ötən illə müqayisədə əhalinin sayında artım olub. Boyukmillet.com xəbər verir ki, 2024-cü ilin yanvar-iyun aylarında əhalinin sayı 132 min nəfərə çataraq 2023-cü ilin müvafiq dövrünə nisbətən 294 nəfər və yaxud 0,2 faiz artıb. Əhalinin ümumi sayının 30,7 faizini və ya 40,5 min nəfərini şəhər, 69,3 faizini və ya 91,5 min nəfərini kənd sakinləri təşkil edir. Cari ildə rayonda …

Read More »

Fələstində poliomielitə ilk yoluxma qeydə alınıb

Fələstində poliomielitə ilk yoluxma qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi feysbuk səhifəsində məlumat yayıb. Deyr əl-Balah şəhərində peyvənd olunmamış 10 aylıq körpə bu xəstəliyə yoluxub. Onun analizləri tədqiqat üçün Əmmana göndərilib və burada diaqnoz təsdiqini tapıb. Fələstinin Səhiyyə Nazirliyi beynəlxalq ictimaiyyəti mümkün qədər tez müdaxilə etməyə və İsrailin Qəzza zolağına hücumlarını dərhal dayandırmağa çağırıb: “Bu, …

Read More »

MN-dəki 143 milyonluq cinayət işi: Üç il ərzində İşlər İdarəsinə 16 milyon manat əsassız ödəniş edilib

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi …

Read More »

ÜST rəhbəri Qəzzadakı vəziyyətlə bağlı çağırış edib

Avqustun sonunda və sentyabrda Qəzzada sirkulyasiya edən virus variantının yayılmasının qarşısının alınması üçün iki tur poliomielitə qarşı peyvənd kampaniyasının başlanması gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “X”də yazıb. “Həyat xilasedici peyvəndlərin ehtiyacı olan bütün uşaqlara çatması üçün humanitar fasilələr çox vacibdir. Biz bütün tərəflərdən kampaniyanın hər turunda yeddi gün ərzində humanitar …

Read More »

Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını ləğv edib

Azərbaycan və 125 digər ölkə Pakistana səfər etmək üçün pulsuz viza ala bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Visanews” məlumat yayıb. Pakistanın informasiya naziri Ataulla Tarar bildirib ki, Azərbaycan da daxil olmaqla, 126 ölkədən gələn ziyarətçilər üçün elektron viza (e-Visa) rüsumlarından imtina ediləcək və müraciət prosesi əhəmiyyətli dərəcədə sadələşdiriləcək. Qeyd edilib ki, bu ölkələrin vətəndaşlarına 90 günlük viza 24 saat …

Read More »