Rusiyanın Ukrayna ilə sərhədyanı Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib. Qubernator həmçinin “regionda federal səviyyəli fövqəladə vəziyyət rejiminin tətbiqi tələbi ilə hökumət komissiyasına müraciət olunacağını” vurğulayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin davamlı atəşi və hücum cəhdləri səbəbindən Belqorod vilayətində vəziyyət son dərəcə çətin və gərgin olaraq qalır.
Read More »Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb
Türkiyənin Aydın şəhərinin Köşk rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin “Anadolu” agentliyi məlumat yayıb. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün yoldakı iti vurmamaq üçün ani manevr etməsi olub. Əvvəlcə ağaca çırpılan avtomobil daha sonra kanala aşıb. Olay yerinə gələn tibb işçiləri bir sərnişinin yerindəcə keçindiyini müəyyən ediblər. Yaralı sürücü isə təcili yardımla …
Read More »ABŞ Qırmızı dənizdə husilərə məxsus iki gəmini məhv edib
ABŞ ordusu son 24 saat ərzində Qırmızı dənizdə Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) üsyançılarının iki gəmisini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti sosial şəbəkədə bildirib. “Son 24 saat ərzində CENTCOM [ABŞ Mərkəzi Komandanlığı] qüvvələri Qırmızı dənizdə İranın dəstəklədiyi iki husi gəmisini məhv edib”, – komandanlığın sosial şəbəkə hesabında diqqətə çatdırılıb.
Read More »Ekvadorda mədən yaxınlığında qruplaşmaların toqquşmasında 5 nəfər ölüb
Ekvadorun cənubunda mədən yaxınlığında qruplaşmanın toqquşması nəticəsində azı 5 nəfər ölüb, 3 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə polisi sosial şəbəkədə bildirib. “Çərşənbə axşamı səhər saatlarında Asuay əyalətinin Kamilo-Ponse-Enrikes kantonunda mədəndə mütəşəkkil cinayətkar qrupların üzvləri arasında baş verən qarşıdurma 5 nəfərin ölümünə səbəb olub. Üç nəfər yaralanıb”, – məlumatda deyilir. Hüquq-mühafizə orqanları hadisədə iştirak edənləri axtarır.
Read More »AEBA-nın ekspertləri ZAES-dəki yanğının səbəbini açıqlamayıb
Zaporojye AES-in soyuducu qülləsində təkrar yoxlamadan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yanğının səbəbini açıqlamayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatın mətni qurumun saytında dərc olunub. “Toplanan sübutlar ilkin yanğının soyuducu qüllənin dibindən başlaması ehtimalının az olduğunu göstərən qiymətləndirməmizi dəstəkləyir”, – hesabatda deyilir. Qeyd olunur ki, mütəxəssislərə soyuducu qüllənin içindən çəkilmiş foto və videolar nümayiş etdirilib. Üzərlərində “yad əşyalar və …
Read More »KİV: ABŞ-nin Suriyadakı bazası hücuma məruz qalıb
Suriyanın Deyr-əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına hücum edilib, lakin mərmilər obyektin özünə dəyməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyinə iki amerikalı məmur bildirib. İlkin məlumatlara görə, hücum nəticəsində itki yoxdur. Xatırladaq ki, daha əvvəl “Reuters”in təhlükəsizlik mənbəsi Deyr-əz-Zor əyalətindəki ABŞ hərbi bazası yaxınlığında altı mərmi atıldığını və onların hamısının obyektin bilavasitə yaxınlığına düşdüyünü bildirmişdi. …
Read More »MEDİA-da ATƏT-in DTİHB-nun Seçki Müşahidə Missiyasının nümayəndələri ilə görüş keçirilib
Avqustun 13-də Medianın İnkişafı Agentliyində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və media analitiki Kira Kalinina ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media landşaftı, bu sahədə həyata keçirilən islahatların gedişatı, Agentliyin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, …
Read More »Bayden ilk dəfə Ukrayna ordusunun Kursk vilayətindəki hərbi əməliyyatlarını şərh edib
ABŞ Prezidenti Cozef Bayden Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətindəki irəliləyişinin rusiyalı həmkarı Vladimir Putini əsl dilemma qarşısında qoyduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı ölkənin cənubundakı Nyu-Orlean şəhərində jurnalistlərə açıqlama verərkən söyləyib. “Bu, Putin üçün əsl dilemma yaradır, biz isə ukraynalılarla birbaşa, daimi təmasdayıq. Bunun aktiv olduğu müddətdə deyə biləcəyim bu qədərdir”, – deyə agentlik Bayden sitat …
Read More »Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb
Azərbaycan Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi getdikcə daha fəal şəkil alır. Avqustun 13-də Hacıqabul şəhər Mədəniyyət Mərkəzində deputatlığa namizəd və son beş çağırışda Azərbaycan Milli Məclisinin üzvü Rafael Hüseynovla görüş keçirilmişdir. Şəhər ictimaiyyətinun 300-dən artıq nümayəndəsinin toplaşdığı tədbirin əvvəlində Rafael Hüseynov auditoriyaya müraciətlə bildirmişdir ki, bu salonda əvvəllər də dönə-dönə çıxış etsə, o cümlədən Milli Məclisə …
Read More »Daha bir həkim səhvi: Yalnış diaqnozla xəstəni kor etdilər -VİDEO
Jurnalist Razi Abbasbəyli “Badam” klinikasında atasının başına gətirilənlərdən danışıb. Boyukmillet.com xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında videomüraciət paylaşıb. Jurnalist deyir ki, o, atasının gözündəki problemlə bağlı klinikanın həkimi Günel Ağayevaya müraciət edib. R.Abbasbəylinin sözlərinə görə səhv diaqnoz qoyan həkim atasının gözünü əməliyyat edib. Nəticədə problem nəinki aradan qalxmayıb, jurnalistin atası gözünü itirib. T. Abbasbəyli bunun həkim səhvi ucbatından olduğunu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar