Bazar ertəsi , 6 Aprel 2026

autor

Türkiyə ordusu Suriya və İraqda “Bayraktar”la 12 terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələri “Bayraktar” pilotsuz uçuş aparatı (PUA) ilə Suriyanın şimalındakı “Tel Rıfat” bölgəsində əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, əməliyyat nəticəsində 8 PKK terrorçusu öldürülüb. Həmçinin, İraqın şimalında Haftani bölgəsində keçirilən əməliyyat nəticəsində PKK terror qruplaşmasının 4 üzvü öldürülüb. Teröristler için ne Irak’ın ne de Suriye’nin kuzeyi güvenli!Kararlılıkla sürdürdüğümüz operasyonlarımız …

Read More »

Azərbaycan XİN Zelim Kotsoyevi təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlı cüdoçu Zelim Kotsoyevi Parisdə keçirilən Olimpiya Oyunlarında qazandığı qələbə münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, XİN bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib. “Cüdo üzrə ikinci Olimpiya çempionumuz Zelim Kotsoyevi möhtəşəm nailiyyəti münasibətilə ürəkdən təbrik edirik! Azərbaycanın dövlət himninin sədaları altında üçrəngli bayrağımızı hər zaman fədakarlıqla ucaldan bütün idmançılarımızla fəxr edirik!” – paylaşımda qeyd …

Read More »

Türkiyədən ABŞ və Rusiya arasındakı məhbus mübadiləsinə rəsmi reaksiya: Sülhə töhfə verməyə davam edəcəyik

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə beynəlxalq müstəvidə sülh və sabitliyə töhfə verməyə davam edir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin müdiri Fəxrəddin Altun avqustun 1-də Ankarada ABŞ və Rusiya arasında baş tutan məhbus mübadiləsi ilə bağlı “X”də yazıb. O bildirib ki, Türkiyə fərqli ölkələrlə müxtəlif formalarda münasibətləri təmin edə bilən ölkədir: “Ölkəmiz bu diplomatik imkanı …

Read More »

Hakan Fidan Dohada HƏMAS-ın yeni lideri ilə görüşüb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsmayıl Haniyənin ölümündən sonra Xalid Məşəli HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edən şəxs adlandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. “Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edən Xalid Məşəl ilə görüşüb və Haniyənin ölümü ilə əlaqədar ona başsağlığı verib”, – nazirliyin məlumatında …

Read More »

Sudanlı diplomat Qərbi azərbaycanlıların geri qayıtmaq hüquqları barədə məlumatlandırılıb

Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdelhaleem Mahmud Mohammed Qərbi azərbaycanlıların üzləşdiyi deportasiyalar və geri qayıtmaq hüquqları barədə məlumatlandırılıb. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar “X” hesabında bildirib. “Ermənistandakı dədə-baba yurdumuza sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə qayıtmaq arzumuzu vurğuladım, həmçinin 2024-cü ilin mayında İƏT-in Banjul Sammitində Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ ilə bağlı …

Read More »

Ermənistan-Gürcüstan sərhədində zəlzələ olub

Ermənistan-Gürcüstan sərhədində 3 maqnitudalı zəlzələ qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, zəlzələ avqustun 2-də saat 10:44-də Bavra kəndindən 16 km şimal-şərqdə baş verib. Təkanlar Şirak rayonunun Bavra, Saraqyux, Qazançı, Aşotsk və Musayelyan kəndlərində 2-3 bal gücündə hiss olunub.

Read More »

İranın vitse-prezidenti Dohada İsmayıl Haniyənin dəfn mərasimində iştirak edəcək

İranın vitse-prezidenti Məhəmmədreza Arif Tehranda öldürülən HƏMAS lideri İsmayıl Haniyənin dəfnində iştirak etmək üçün Qətərin paytaxtı Dohaya gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Bildirilib ki, onunla vida mərasimi Dohada Məhəmməd bin Abdul Vahhab məscidində keçiriləcək. Mərhuma məsciddə cənazə namazı qılınacaq. İsmayıl Haniyə Dohanın şimalındakı Lusaile qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki, iyulun 31-i saat 02 radələrində İsmayıl …

Read More »

Gələn həftədən parlament seçkilərinin təşviqat kampaniyası başlayır

Gələn həftədən növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş …

Read More »

Bu il Laçının Güləbird kəndinə köç olacaq

Növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq. Kəndə köç bu ilin ikinci yarısında həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib. Prezidentin xüsusi nümayəndəsi bildirib ki, rayonun Qorçu, Şəlvə, Ərikli və digər kəndlərinin də tikintisinə başlanılacaq. …

Read More »

Ötən ay azad edilmiş ərazilərdə 649 mina zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, azad olunan ərazilərdə iyul ayı ərzində 290 tank əleyhinə mina, 359 piyada əleyhinə mina, 3079 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 6905.4 hektar ərazi minalardan təmizlənib.

Read More »