Bazar ertəsi , 6 Aprel 2026

autor

Qərbi Azərbaycan Televiziyasının yaranmasının 1 illiyi qeyd edilib

Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan Televiziyasının yaranmasının 1 illiyi münasibətilə Televiziyanın əməkdaşları ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, İcmanın aparat rəhbəri Qalib Qasımov bildirib ki, televiziya yarandığı müddətdən bu yana Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyaya bir neçə dildə çatdırılması istiqamətində mühüm işlər görüb: “Bu gün zəngin veriliş müxtəlifliyi və məzmun rəngarəngliyi ilə Qərbi Azərbaycan Televiziyası mütəmadi olaraq tamaşaçılarının görüşünə …

Read More »

Səudiyyə Ərəbistanı kralı: İranla münasibətləri inkişaf etdirməyə ümidvarıq

Səudiyyə Ərəbistanı İranla gələcəkdə münasibətləri inkişaf etdirməyə ümidvardır. Boyukmillet.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının karlı Salman bin Əbdüləziz Əl-Səud İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı məktubunda bildirib. Məlumata görə, məktubu Səudiyyə Ərəbistanı kralının müşaviri, daxili işlər naziri, Nazirlər Şurasının üzvü şahzadə Mansur bin Mutab bin Əbdüləziz İslam Respubikasının yeni prezidentinə təqdim edib. Səudiyyə Ərəbistanının kralı iki ölkə arasında əlaqələrin daha …

Read More »

Ərdoğan: Bölgəmizi “qan gölü”nə çevirmək istəyənlər var

Bölgəmizi “qan gölü”nə çevirmək istəyənlər var. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Anıt Qəbir” məqbərəsini ziyarətində deyib. O, bildirib ki, dünyada qeyri-sabitliklər artır. “Türkiyə regionda sülhün təminatçısıdır. Bölgəmizi qan gölünə çevirmək istəyənlər var. Amma biz buna imkan verməyəcəyik”, – Prezident vurğulayıb.

Read More »

Naxçıvan Regional DOST Mərkəzi ilin sonunda açılacaq

Naxçıvan Regional DOST Mərkəzinin inşası artıq yekunlaşır və cari ilin sonunadək Mərkəzin açılması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə ardıcıl sosial islahatların aparıldığını, DOST mərkəzlərinin yaradılmasının bu islahatların mühüm uğurlarından olduğunu bildirib. Qeyd …

Read More »

FHN: Xəzərdə təchizat gəmisindəki yanğının söndürülməsi əməliyyatı fasiləsiz davam etdirilir

Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görülmüş tədbirlər nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq vasitələrlə təchiz olunmuş peşəkar yanğınsöndürənləri göyərtəyə qalxaraq bilavasitə gəminin daxili bölmələrində yanğınla mübarizə tədbirlərinə başlayıblar: “Yanğının söndürülməsi əməliyyatının fasiləsizliyinin təmin edilməsi …

Read More »

Azərbaycanda müxtəlif icmaların nümayəndələrinə və dini ibadət yerlərinə qayğı göstərilir

Azərbaycanda konfessional baxımdan müxtəlif icmaların nümayəndələrinə və onların dini ibadət yerlərinə qayğı göstərilir. Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Suraxanı rayonundakı Qaraçuxur qəsəbə məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşündə deyib. Dövlət Komitəsinin sədri ölkədə dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərə toxunub. O bildirib ki, milli-mənəvi dəyələrimizin qorunması, inkişaf etdirilməsini daim diqqət …

Read More »

COP29-la əlaqədar məktəblərdə payız tətilinin müddəti uzadılıb, Bakı, Sumqayıt və Abşerondakı universitetlər distant təhsilə keçir

Baş nazir Əli Əsədov “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında” qərar imzalayıb. Boyukmillet.com xəbər verir ki, qərarla Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri …

Read More »

CQD-də profilaktik işlərlə əlaqədar Azərbaycan qazının IGB ilə tədarük həcmi azalacaq

Cənub Qaz Dəhlizi (CQD) qaz kəmərləri sisteminin bir hissəsində cari təmir işləri ilə əlaqədar Azərbaycan qazının Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə tədarükü 5-9 avqust tarixlərində məhdudlaşdırılacaq. “2024-cü il avqustun 5-dən 9-dək İGB-yə qədər qaz nəqli sistemlərində planlaşdırılan texniki xidmətlə əlaqədar Komotini – TAP giriş nöqtəsində kəmənə daxil olan qazın həcmi azala bilər”, – məlumatda bildirilib. Bu, həmçinin digər qaz nəqli sistemləri …

Read More »

Missiya rəhbəri: ATƏT DTİHB qarşıdakı həftələrdə MSK ilə səmərəli əməkdaşlığa ümid edir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) qarşıdakı həftələrdə Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) ilə səmərəli əməkdaşlığa ümid edir. Boyukmillet.com xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati Bakıda keçirilən mətbuat konfransı zamanı deyib. D.Buşati vurğulayıb ki, missiya artıq Azərbaycan Xarici İşlər Nazirliyində və Mərkəzi Seçki Komissiyasında görüş keçirib: “DTİHB …

Read More »