Bazar ertəsi , 6 Aprel 2026

autor

İran sahillərində qaçaqmalçılıq yolu ilə 700 min litrdən çox neft daşıyan tanker saxlanılıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə 700 min litrdən çox neft daşıyan tankeri saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi SEPAH-ın məlumatına istinadən bildirib. Qeyd edilib ki, Toqo bayrağı altında üzən “Pearl G” tankeri iyulun 26-da “Araş” yatağı ərazisində saxlanılıb. Gəminin göyərtəsində olan doqquz ekipaj üzvünün hamısı Hindistan vətəndaşıdır. Agentlik qeyd …

Read More »

Gürcüstanda “Xarici agentlər haqqında” qanuna qarşı iddialar birləşdiriləcək

Gürcüstan Prezidenti Salome Zurabişvili, müxalif deputatlar, eləcə də qeyri-hökumət təşkilatlarının “Xarici agentlər haqqında” qanuna qarşı Konstitusiya Məhkəməsinə təqdim etdikləri iddialar birləşdiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə məhkəmənin sədri Merab Turava məlumat verib. “Hər üç iddiaya bir iş çərçivəsində baxılacaq. Bizə həm iddiaları oxumaq, həm də müqayisəli hüquqi araşdırma aparmaq üçün ən azı bir ay vaxt lazımdır”, – o …

Read More »

Azərbaycan mayda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 4 milyard 683,75 milyon kubmetr qaz ixrac edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDC) aylıq hesabatında deyilir. Məlumata görə, bu, 2023-cü ilin ilk beş ayı ilə müqayisədə 5,6 % çoxdur. Bu ilin may ayında Azərbaycan Türkiyəyə 1 milyard 008,58 milyon kubmetr təbii qaz ixrac edib, bu isə 2023-cü ilin may ayı ilə müqayisədə 9,24 % çoxdur. …

Read More »

Azərbaycanda daşınmaz əmlakla bağlı portal istifadəyə veriləcək

Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalında PKK terror qruplaşmasının üç, Suriyanın şimalında isə PKK/YPG terror qruplaşmasının dörd üzvü öldürülüb.

Read More »

Həmədanın mərkəzi hissəsi UNESCO-nun mədəni irs siyahısına daxil edilib

Güney Azərbaycanın Həmədan şəhərinin mərkəzində yerləşən qədim Ekbatan (Hekmatan)şəhəri UNESCO-nun Ümumdünya Mədəni irs siyahısına daxil edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, bu barədə qərar UNESCO-nun Hindistanın Nyu-Delhi şəhərində davam edən 46-cı sessiyasında qəbul olunub. Ekbatan şəhəri İranın mədəni irsinin simvolu sayılır. Bu şəhər vaxtı ilə Midiya dövlətinin paytaxtı olub. Bir müddət sonra Əhəmənilər və parfiyalıların yay …

Read More »

Milli Müdafiə Universiteti bakalavr pilləsi üzrə Türkiyənin ali hərbi təhsil müəssisələrinə qəbul elan edir

Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə Türkiyənin ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tələblərə cavab verən namizədlər cari ilin 2 avqust tarixinədək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması (mmu.edu.az/qeydiyyat) üzərindən müraciət edə bilər.Tələblər sırasında Dövlət İmtahan Mərkəzi tərəfindən I, …

Read More »

Azərbaycanın basketbol məşqçiləri üçün seminar təşkil olunub

Azərbaycan Basketbol Federasiyası (ABF) gənc məşqçilər üçün seminarlar və praktiki məşğələlər təşkil edib. ABF-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qurumun idman və konfrans zallarında keçirilmiş tədbir FIBA dərəcəli serbiyalı məşqçi Milan Kotaraçın rəhbərliyi altında baş tutub. Seminarın əsas məqsədi, gənc məşqçilərin bilik və bacarıqlarının artırılması olub. Sonda iştirakçılara federasiya rəsmiləri tərəfindən sertifikatlar təqdim edilib.

Read More »

Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Koordinasiya Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi Yeop Son ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir …

Read More »

Polşa Ukrayna üçün sursat alışına 50 milyon avro ayırıb

Polşa Çexiyanın Ukrayna üçün artilleriya sursatının alınması təşəbbüsünə töhfə olaraq 50 milyon avro ayırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski “Visegrad Insight” jurnalına müsahibəsində bildirib. “Biz Çexiyanın 50 milyon avro ayırdığımız sursat təşəbbüsünü yüksək qiymətləndiririk”, – o qeyd edib.

Read More »