Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra …
Read More »Mormon Kilsəsi rəsmi qeydiyyata görə Azərbaycana təşəkkür edib
Azərbaycan hökuməti Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə kilsə bəyanat yayıb. Qeyd olunub ki, qeydiyyat dini təşkilata paytaxt Bakı ərazisində kilsə adından fəaliyyət göstərmək hüququnu verir. Öz növbəsində kilsə rəhbərliyi Azərbaycan hökumətinə təşəkkür edib. Vurğulanıb ki, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqa mühüm töhfə verir və ölkəmizdə tarixən müxtəlif …
Read More »Antalyanın simvolu sayılan qədim Aspendos
Hər il milyonlarla turist kəşf edilməmiş tarixi məkanları ziyarət etmək üçün Türkiyəyə üz tutur. Belə tarixi yerlərdən biri də Antalya vilayətində yerləşən Aspendos şəhəridir. Serik rayonunun 8 kilometr şərqində, Köprüçayının dağlıq bölgəsindən düzlüyə çatdığı yerdə e.ə. X əsrdə Akalar tərəfindən qurulmuş Aspendos antik dövrün çox zəngin şəhərlərindən biri olub. Şəhər biri böyük, biri kiçik iki təpə üzərinə qurulub. Coğrafiyaçı Strabon …
Read More »Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli xanım Prezident, Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Peru münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, həm ikitərəfli …
Read More »Yakutiya meşələrində yanğınların sahəsi 1 milyon hektarı ötüb
Hazırda Yakutiyada 132 meşə yanğını qeydə alınıb, onların sahəsi 1 milyon hektardan çoxdur. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğınların söndürülməsində 222 ədəd xüsusi texnika ilə 1960 xilasedici iştirak edir. Son bir gündə mütəxəssislər 23 min hektar sahədə altı yanğını söndürməyə, 15 min hektardan çox sahədə üç yanğını lokallaşdırmağa nail olublar. Qeyd olunur ki, …
Read More »Nikkei: ABŞ Yaponiyada öz qüvvələrinin komandanlığını yarada bilər
Amerika Birləşmiş Ştatları regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Tokio ilə koordinasiyanı yaxşılaşdırmaq üçün Yaponiyada yerləşən qüvvələrinin vahid komandanlığını yarada bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Nikkei” qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, müvafiq razılaşmaya dair maddə tərəflərin Yaponiyanın paytaxtında xarici siyasət və müdafiə nazirlikləri rəhbərlərinin “2+2” formatında görüşünün yekunlarına dair birgə bəyanatında yer ala bilər. Yeni struktur …
Read More »Malidə “Vaqner”in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb
Malidə yaraqlıların pusqusu nəticəsində “Vaqner” xüsusi hərbi təşkilatının təsisçisi Yevgeni Priqojinin varisi “Lotus” ləqəbli Anton Elizarov əsir düşüb. Boyukmilllet.com xəbər verir ki, bu barədə hərbi ekspert Boris Rojin öz teleqram kanalında məlumat verib. “Yaraqlılar qum fırtınası zamanı hücuma keçərək taktiki sürprizə nail olublar. Həmçinin xeyli sayda hökumət əsgəri və bir neçə “Vaqner” döyüşçüsü əsir götürülüb. Əsirlər arasında məşhur “Lotus” da var …
Read More »Zelenski: Ukrayna noyabrın sonuna qədər ölkədə sülhə nail olmaq üçün plan hazırlamağı planlaşdırır
Ukrayna 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya ictimai televiziyasına (NHK) müsahibəsində bildirib. O, administrasiyası və diplomatik komandası qarşısında belə vəzifə qoyduğunu vurğulayıb. Zelenski Ukrayna ordusunun gücləndirilməsi, ilk növbədə ABŞ tərəfindən dəstək göstərilməsinin, eləcə də Rusiyaya qarşı beynəlxalq diplomatik təzyiqlərin münaqişəni …
Read More »Növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar 2794 yerli müşahidəçi qeydiyyatdan keçib, onlardan 2562 nəfəri MSK-da qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı deyib. Oun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 11 müşahidəçi qeydə alınıb: “Artıq beynəlxalq müşahidəçilər də seçkiləri izləmək üçün müraciətlər edirlər”.
Read More »Türkiyə ordusu İraqın şimalında terrorçulara aid çox sayda silah-sursatı ələ keçirib
Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında “Pəncə-Kilit əməliyyatı bölgəsində terrorçulara məxsus çoxlu sayda silah və sursatın ələ keçirildiyini bildirib. Boyukmillet.com xəbər verir ki, nazirliyin “X” hesabında paylaşılan açıqlamada bildirilib ki, əməliyyat bölgəsində təsbit edilən 6 mağara/tuneldə PKK terrorçularına aid çoxlu sayda silah və sursat ələ keçirilib. Məlumata görə, ələ keçirilənlər arasında 3 ədəd əl qumbarası, 2 ədəd RPQ-7 reaktiv yaylım atəşi, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar