Bazar ertəsi , 6 Aprel 2026

autor

Türkiyənin iki vilayətində meşə yanır

Türkiyənin Adana və Balıkesir vilayətlərində meşə yanğını başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Bildirilib ki, yanğınların səbəbi məlum deyil. Hazırda hər iki yanğının söndürülməsi istiqamətində işlər görülür. Hadisə yerlərinə yanğınsöndürən maşınlar və helikopterlər cəlb olunub.

Read More »

Mustafayevlər ailəsi yenidən hədəfdə….

22 iyul 2024-cü il tarixində axşam saatlarında redaksiyamıza Salyan Rayon KXCP-dən telefon zəngi daxil olmuşdur. Telefon zəngi zamanı, hal hazırda mühacirətdə olan KXCP müşahidə şurasının üzvü və sədri vəzifələrini icra etmiş İxtiyar Mustafayevin evinə polis tərəfindən qanunsuz basqın edildiyi bildirilmişdir. Evdə kimsə olmadığı üçün içəri daxil ola bilmədik 23 iyul 2024-cü ildə səhər saat 10 raddələrində bildirilən ünvana gedərək bütün …

Read More »

“MedEra” hospitalının vəkili: “Ağadadaş Ağayevi sakitləşdirmək mümkün olmayıb”

Müğənni canlı yayımda danışacağını deyib Xəstəxananın vəkili Xeyransa Babayeva “Azad Azərbaycan” televiziyasının canlı efirində bildirib ki, Ağadadaş Ağayev xəstəxanaya iki dəfə gəlib və hər ikisində də aqressiv olub. “Görüntülər tam deyil, qısadır. Mən də dünən təsadüfən baxdım. Ağadadaş Ağayev xəstəxanaya girib, söyüş söyməyə başlayıb, qeyri-adekvat hərəkətlər edib, çox aqressiv olub. Onu heç cür sakitləşdirmək mümkün olmayıb. Hətta bizim klinikanın bir …

Read More »

Moskvada amerikalı jurnalist Kurmaşeva altı il yarım həbs edilib

Stiven Kapus Kurmaşevanın jurnalistin mühakimə olunmasını “ədalətə istehza” adlandırıb Rusiya məhkəməsi ABŞ tərəfindən maliyyələşdirilən Azad Avropa/Azadlıq Radiosunun (Azadlıq Radiosu) rusəsilli amerikalı jurnalisti Alsu Kurmaşevanı Rusiya ordusu haqqında yalan məlumat yaydığı iddiası ilə 6,5 il azadlıqdan məhrum edib. Kazan Şəhər Məhkəməsinin sözçüsü bildirib ki, Kurmaşevaya iki günlük məhkəmə proseslərindən sonra hökm oxunub. Jurnalistin vəkili “Reuters”in qərardan şikayət edib-etməyəcəkləri ilə bağlı sualına dərhal cavab …

Read More »

20 il Azərbaycan Mətbuatında çalışan biri kimi mənim haqqım yoxdurmu, Şuşaya köçməyə?

Jurnalist Bəxtiyar Məmmədli ölkə rəhbərliyinə müraciət etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya açıq məktub Milli Mətbuatın 149 illiyinin qeyd olunduğu bir gündə Sizə etdiyim müraciət məcburiyyətindən irəli gəlir. Nəzərinizə çatdırım ki, mayın 8- də Şuşada məskunlaşma ilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində püşkatmada iştirak etmişəm və doğulduğum, illərlə həsrətində olduğum Şuşaya …

Read More »

Azərbaycan neftinin qiyməti 86 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,12 ABŞ dolları, yaxud 2,4 % azalaraq 86,34 ABŞ dolları təşkil edib. Bu barədə “Report“a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,41 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), …

Read More »

Türkiyə ordusu İraqın şimalında dörd PKK üzvünü öldürüb, biri “rəhbər” şəxsdir

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, hava əməliyyatı nəticəsində PKK terror təşkilatının dörd üzvü öldürülüb. Onlardan birinin – “Sevkan Çele” kod adlı Yusuf Kalkanın “rəhbər” şəxs olduğu, “Silahlı terror təşkilatına üzv olmaq” və “Silahlı terror təşkilatı qurmaq və idarə etmək” cinayətləri ilə qırmızı bülletenlə …

Read More »

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı tərəfindən qəbul edilib. Görüşdə AQC sədrinin beynəlxalq məsələlər üzrə müavini, TDQBŞ İcrayyə Komitəsinin sədrinin müavini Fərid Rüstəmov da iştirak edib. Boyukmillet.com xəbər verir ki, Vüqar Oruc son iki ildə AQC sədri kimi fəaliyyəti fəaliyyəti,  “Qiymətləndirmə fəaliyyəti haqqında” qəbul olunan …

Read More »

İyulda hərbi xidmətə  çağırışın yekunları müzakirə olunub

İyul ayında müddətli həqiqi hərbi xidmətə çağırışın yekunları ilə bağlı müzakirə aparılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən “Report”a verilən məlumata görə, xidmət rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə …

Read More »

Prezident İlham Əliyev: Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk

Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk. Boyukmillet.com xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubunda yer alıb. Məktubda, həmçinin deyilir: “Hazırda ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar yaranmışdır. Siyasi dialoqumuzun müntəzəm …

Read More »