Sumqayıt şəhərində evdən 50 yaşlı kişinin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Tacəddin Firuddin oğlu Hüseynovun meyiti onun yaşadığı evdə aşkarlanıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Read More »Daşkəsəndə Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasovla vida mərasimi keçirilir
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Akif İlyas oğlu Abbasovun nəşi Daşkəsən rayonuna gətirilib. Boyukmillet.com xəbər verir ki, şəhidin nəşi Daşkəsən rayonunun Əhmədli kəndində ailəsinə təhvil verilib. Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Akif İlyas oğlu Abbasov 1970-ci il iyulun 1-də anadan olub. O, 1993-cü il dekabrın 28-də Ağdam rayonunun Salahlı kəndində …
Read More »Prokurorluq Masallıda “Açıq qapı günü” təşkil edib
Masallı rayon Prokurorluğunda iyulun 18-də növbəti “Açıq qapı günü” təşkil edilib. Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, Masallı rayon prokurorluğunun inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək olub. Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə …
Read More »Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanovla vida mərasimi keçirilib
Sabunçu rayonunun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Qurbanov Aydın Əsədulla oğlu ilə vida mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, şəhidin ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimində onun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimi başa çatdıqdan sonra şəhid Qurbanov Aydın Əsədulla oğlu Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn ediləcək. Qeyd edək ki, …
Read More »Ermənistan MN-də ABŞ ordusunun nümayəndəsi çalışacaq
ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində (MN) çalışacaq. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya “Hetq” nəşrinə müsahibəsində təsdiqləyib. “Bu, ikitərəfli münasibətlərdə yeni strateji mərhələnin başlanmasından xəbər verir. Biz mülki müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin dərinləşməsini alqışlayırıq”, – o qeyd edib.
Read More »Türkiyə MİT-i PKK-nın “kəşfiyyat strukturu”nun iki məsul şəxsini saxlayıb
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Təşkilatı – MİT) PKK terror qruplaşmasının qondarma kəşfiyyat strukturunun “Halil” kod adlı “məsul şəxsi” Sadik Topaloğlu və Mehmet Savaşı İstanbulda saxlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı MİT yayıb. Bildirilib ki, bu əməliyyat PKK-nın qondarma kəşfiyyat qurumuna zərbə kimi qiymətləndirilir.
Read More »Səfir: Türkiyə və Azərbaycan bir çox Qərb ölkələrindən öncə qadınlara seçmə və seçilmə haqqı verib
Türkiyə və Azərbaycan bir çox Qərb ölkələrindən öncə qadınlara seçmə və seçilmə haqqı verib. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşa şəhərində keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı deyib. Səfir Türkiyə və Azərbaycanda qadınların ictimai-siyasi həyatda fəaliyyətinin və rolunun artırılması ilə bağlı görülən işlər haqqında danışıb: “Türkiyənin 2024-cü ildəki fəaliyyət planında …
Read More »Hicran Hüseynova: Qadın və uşaq hüquqları ilə bağlı ciddi maarifləndirməyə ehtiyac var
Bəzi İslam ölkələrində hələ də qadınların hüquqlarının pozulması halları baş verir. Boyukmillet.com xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı Hicran Hüseynova Şuşa şəhərində keçirilən “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı deyib. O qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən müxtəlif ölkələrin müvafiq qurumları və İslam dünyasının problemlərini araşdıran təsisatlar bu istiqamətdə önəmli tədbirlər …
Read More »BMT: Qəzza zolağının yarım milyona yaxın sakini ciddi ərzaq çatışmazlığı ilə üzləşib
Qəzza zolağında yarım milyona yaxın insan dəhşətli dərəcədə kəskin qida çatışmazlığı ilə üzləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterrişin qurumun Yaxın Şərq üzrə Təhlükəsizlik Şurasının iclası üçün hazırladığı və onun ofisinin rəhbəri Erl Korteney Rattrey tərəfindən yayılan bəyanatında deyilir. Mətndə, həmçinin vurğulanır ki, anklavın yanacaq təchizatında yaranan fasilələr su, gigiyena məhsulları və səhiyyə xidmətlərinə çıxışı …
Read More »Tacikistan və Aİ genişləndirilmiş tərəfdaşlıq sazişi imzalamaq niyyətindədir
Tacikistan və Avropa İttifaqı (Aİ) Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalamağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi nazir müavini İsmətullo Nəsrəddin ilə Aİ-nin Mərkəzi Asiya və Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı üzrə Xarici Xidmət Departamentinin idarəedici direktorunun müavini Lyuk Devin arasında aparılmış danışıqlardan sonra məlumat yayıb. Məlumatda qeyd edilir ki, tərəflər saziş ətrafında fikir mübadiləsi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar