Bazar ertəsi , 6 Aprel 2026

autor

BMT Baş katibi qlobal hüquq sisteminin zəifləməsi ilə bağlı ciddi xəbərdarlıq edib

Dünyada qanunun aliliyi getdikcə cəngəllik qanunları ilə əvəz olunur. “Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının beynəlxalq hüququn aliliyinə həsr olunmuş açıq debatında çıxışı zamanı deyib. Baş katib son illərdə qlobal hüquq sisteminin zəifləməsi ilə bağlı ciddi xəbərdarlıq edib. O bildirib ki, qanunun aliliyi qlobal sülh və təhlükəsizliyin təməl daşıdır. Quterreş xatırladıb ki, …

Read More »

NATO-nun Baş katibi Avropa İttifaqını ABŞ-dən asılılığı azaltmağa çağırıb

Avropa dövlətləri müdafiə sənayesinin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirməli və bununla da təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini artırmalıdır. Çünki ABŞ-nin dəstək dövrü başa çatır. “Report”un Avropa bürosu xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Avropa Parlamentinin xarici işlər, müdafiə və təhlükəsizlik komitələrinin üzvləri ilə görüşdə deyib. O, NATO-nun Haaqada keçirilmiş sammitində ölkələrin müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5%-nə …

Read More »

Dövlət teatrlarında bədii rəhbər və baş rejissor vəzifələri ləğv edilib

Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və bu kimi bir sıra digər vəzifələr ləğv edilib. Boyukmillet.com-un əldə etdiyi məlumata əsasən, bu dəyişikliklər dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəllərinin yenilənməsi əsasında baş verib. Belə ki, hazırkı idarəetmə quruluşundakı mövcud bədii rəhbər, baş rejissor, baş rəssam və digər buna bənzər vəzifələr ləğv edilib. Teatrların yeni strukturunda Strategiya və …

Read More »

Malayziyada vəfat edən ANAMA əməkdaşının nəşi ölkəmizə gətiriləcək

Malayziyada vəfat edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşının nəşi Azərbaycana gətiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, yanvarın 25-də Malayziyada vəfat edən ANAMA-nın minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün işlərə başlanılıb. Qeyd edilib ki, nəşin ölkəmizə gətirilməsi üçün Malayziyadakı səfirliyimizin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiyalı şəkildə müvafiq tədbirlər həyata …

Read More »

4 qanunda dəyişiklik edildi

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan qanunlarında dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında …

Read More »

DİQQƏT: Artıq aliment birbaşa anaya verilməyəcək, bu cür ödəniləcək…

“Alimentin birbaşa anaya deyil, uşağın adına açılan bank hesabına köçürülməsi məsələsi qanunvericilikdə müəyyən hallarda mümkündür”. Bu fikirləri vəkil Toğrul Məmmədov KONKRET.az-a açıqlamasında səsləndirib. “Məhkəmə qətnamələrində alimentin iddiaçının xeyrinə ödənilməsi nəzərdə tutulur. İddiaçı isə adətən uşağın yanında qalan valideyn olur. Əksər hallarda uşaqlar ananın himayəsində saxlanıldığı üçün aliment atadan tutularaq ananın xeyrinə ödənilir. Lakin uşağın atanın yanında qalması halında aliment anaya …

Read More »

İcra hakimiyyətlərinin bu səlahiyyəti tam alınacaq  

Azərbaycan 2026-cı ilin may ayında keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək. Azərbaycanda Şəhərsalma Forumunun keçirilməsi fonunda şəhərsalma idarəçiliyinin yenidən təşkili məsələsi gündəmə gəlib. Xüsusilə rayon icra hakimiyyətlərinin şəhərsalma ilə bağlı səlahiyyətlərinin bu sahə üzrə ixtisaslaşmış qurumlara verilməsi ehtimalı geniş müzakirə olunur. Bu addım təkcə institusional dəyişiklik deyil, eyni zamanda ölkənin şəhər inkişaf modelinin gələcəyini müəyyənləşdirəcək strateji qərar kimi …

Read More »

Dünyada dəhşətli virus yayılır – Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

Azərbaycanda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, virus Azərbaycan üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyətə əsasən əhaliyə real təhlükə mövcud deyil: “Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır. Nipah virusu Paramyxoviridae ailəsinə …

Read More »

Keçmiş siyasətçi 44 kilo narkotiklə tutuldu

Türkiyənin Diyarbəkir vilayətinin Kayapınar rayonunda keçirilən əməliyyat zamanı Servet Can adlı keçmiş siyasətçi 44 kiloqram narkotik maddə ilə saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Türkiyənin müxalifyönlü “Sözcü” qəzeti məlumat yayıb. Qəzetin xəbərinə görə, Servet Can əvvəllər hakim Ədalət və İnkişaf Partiyasının rayon təşkilat sədri olub. Məlumata görə, polisə daxil olan əməliyyat məlumatı əsasında 34 GSH 970 dövlət nömrə nişanlı avtomobil …

Read More »

7 ölkəyə məxsus 19 müəssisənin məhsullarının Azərbaycana idxalına qadağa qoyulub

7 ölkəyə məxsus 19 müəssisənin məhsullarının Azərbaycana idxalına qadağa tətbiq edilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycana il ərzində 107 ölkədən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid müxtəlif növ məhsullar idxal edilib: “İdxal prosesində aparılan yoxlamalar zamanı 787 …

Read More »