Noyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 tədbirləri zamanı ölkədə fəaliyyət göstərən məktəblərin işində fasilə yaranması ilə bağlı hazırda hər hansı bir qərar yoxdur. Boyukmillet.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bununla bağlı hər hansı qərar qəbul edilsə, əvvəlcədən ictimaiyyətə açıqlanacaq. O.Abbasov qeyd edib ki, bu …
Read More »Yaxın günlərdə Laçının Sus və Zabux kəndlərində uşaq bağçaları açılacaq
Yaxın günlərdə Laçının Sus və Zabux kəndlərində uşaq bağçaları açılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, növbəti illərdə Füzuli və ehtiyac olacağı təqdirdə Şuşada məktəbdaxili icma əsaslı məktəbəqədər təhsil qrupları olacaq.
Read More »Türkiyə Prezidenti: NATO Türkiyənin gözləntilərini doğrultmur
NATO Türkiyənin gözləntilərini doğrultmur. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu bəzi məsələlərdə, o cümlədən Yaxın Şərqlə bağlı durumda özünü göstərir: “Biz bu istiqamətlərdə, müxtəlif səviyyələrdə müzakirələrimizi davam etdirəcəyik”.
Read More »Türkiyə lideri: Şimali Kiprin TDT-yə tamhüquqlu üzvlüyünü Azərbaycan da dəstəkləyir
Şimali Kipr, demək olar, Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvüdür. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan da bunu dəstəkləyir: “Şimali Kipr TDT-nin Şuşada keçirilən iclasında təmsil olundu. İndi biz çalışırıq ki, tamhüquqlu üzvü rəsmiləşdirək”. Qeyd edək ki, R.T.Ərdoğan NATO ölkələrinin dövlət və …
Read More »Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi: “İsa bulağı” istirahət kompleksi bölgədə turizmin inkişafına töhfə verəcək
Prezident İlham Əliyevin iyulun 5-də Şuşada açılışını etdiyi “İsa bulağı” istirahət kompleksi bölgədə turizmin inkişafına töhfə verəcək. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı Kərim Kərimli deyib. Onun sözlərinə görə, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib: “Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” …
Read More »Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 66 % artıb
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 % çox – 137,3 min manat vəsait daxil olub. Boyukmillet.com xəbər verir ki, bunu “Naxçıvanda şəffaf və rəqabətli hərraclar” mövzusundakı keçirilən tədbirdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib. Onun sözlərinə görə, 6 ay ərzində Muxtar Respublikasında …
Read More »Ərdoğan: NATO terrorla mübarizə istiqamətində səylərini gücləndirməlidir
NATO terrorla mübarizə istiqamətində səylərini gücləndirməlidir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ABŞ-da keçirəcəyi görüşlərdə bu məsələni xüsusilə diqqətdə saxlayacaq. R.T.Ərdoğan, həmçinin Ukraynada davam edən müharibə barədə də danışıb: “NATO müharibənin tərəfi olmamalıdır. Biz müharibənin ilk günündən etibarən ədalətli sülhün tərəfdarıyıq və bunun …
Read More »Xətai rayonu prokurorun qanunsuz fəaliyyəti…
“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı Xətai rayon prokurorunun qanunsuz hərəkətləri ilə bağlı, baş prokurora müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: MÜRACİƏT Cənab Baş Prokuror! Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Yusifov Ceyhun Salman oğlu tərəfindən öz həyat yoldaşı Fərqanə Yusifovaya bıçaqla qəsdən xəsarət yetirməsi faktı ilə bağlı cinayət işinin başlanması haqqında …
Read More »Rusiya Ukraynada Uşaq Xəstəxanasını vurub: ölən və yaralananlar var
Hücum nəticəsində 20-dən çox adam ölüb, 50-yə yaxın adam yaralanıb İyulun 8-də səhər saatlarında Rusiya Silahlı Qüvvələrinin Kiyevə və Ukraynanın digər şəhərlərinə kütləvi raket zərbələri endirdiyi bildirilir. Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalında yazdığına görə, hücum zamanı müxtəlif tipli 40-dan çox raketdən istifadə edilib. Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk və Kramatorsk şəhərləri hücuma məruz qalıb. Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib …
Read More »Ermənistanın XİN rəhbəri NATO sammiti çərçivəsində keçiriləcək tədbirdə iştirak edəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona işgüzar səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, Ermənistan XİN rəhbəri NATO sammiti çərçivəsində NATO tərəfdaşları ilə keçiriləcək tədbirdə, həmçinin alyansın 75 illiyinə həsr olunmuş digər tədbirlərdə iştirak edəcək. Səfər çərçivəsində ikitərəfli görüşlər də planlaşdırılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar