Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycan və Çin şirkətləri arasında logistika və turizm sahəsində sənədlər imzalanıb

Bakıda “Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi” mövzusunda keçirilən konfrans çərçivəsində Azərbaycan ilə Çin şirkətləri arasında 2 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, birinci sənəd Abşeron Logistika Mərkəzi ilə Çinin “Shandong Chilu Express Eurasia Class Train Operation” şirkəti arasında imzalanıb. İkinci sənəd isə Azərbaycanın “Eco Voyage” turizm şirkəti ilə Çinin “Qingdao Qingsong Global Cooperation İnternational Trade …

Read More »

Brenda Şaffer: “Azərbaycan ənənəvi və bərpa olunan enerjidən istifadə sahəsində böyük uğurlar qazanacaq”

Azərbaycan innovator olmaqla həm ənənəvi enerji, həm də bərpa olunan enerji mənbələrindən istifadədə böyük uğurlar qazanacaq. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü, professor Brenda Şaffer deyib. “Azərbaycan həmişə yenilikçi olub və enerji məsələlərinə çox real yanaşıb. Ölkə mədən yanacaqları, neft, təbii qaz, külək və günəş enerjisi ehtiyatları ilə zəngindir. Ən yaxşı siyasət bütün mövcud enerji …

Read More »

Kiyev sakinləri metrostansiyadan təxliyə edilir

Kiyevin Şevçenkovski rayonunda baş verən partlayışdan sonra insanların metronun “Lukyanovskaya” stansiyasından təxliyəsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Düşən raketin partlaya biləcəyi bildirilir. Kiyev şəhər hərbi administrasiyası raket hücumu nəticəsində dağıntıların Solomenski, Dnepr və Qoloseyevski rayonlarına düşdüyünü qeyd edib. İlkin məlumata görə, yanğın var. Dağıntı və tələfatla bağlı məlumat dəqiqləşdirilir.

Read More »

Ötən ay xaricdə təhsil almış 71 nəfərin diplomu tanınmayıb

İyun ayı üzrə xaricdə təhsil almış 308 müraciətçinin 237-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 56, təhsil forması səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə 4, akkreditasiyasız ali …

Read More »

Aralıq dənizində zəlzələ olub

Aralıq dənizinin şərqində 4,1 maqnitudalı (Mw) zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib. Qurumun verilənlərinə əsasən, yeraltı təkanların ocağı 6,97 km dərinlikdə yerləşib. Türkiyə vaxtı ilə 16:55-də (Bakı vaxtı ilə 17:55) qeydə alınmış təbiət hadisəsinin episentri Muğla şəhərinin Datça rayonundan 251,35 km cənubda olub. Regionda sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.

Read More »

Suriyada avtobus aşıb, 13 nəfər ölüb

Suriyanın Hüms əyalətinin cənubunda avtobusun qəzaya uğraması nəticəsində azı 13 nəfər ölüb, daha 37 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi sosial şəbəkədəki səhifəsində məlumat yayıb. Qurum qeyd edib ki, avtobus Hüms – Dəməşq magistral yolunda aşıb. Məlumata görə, hadisə yerində fövqəladə hallar xidməti və polis işləyir, hadisənin baş vermə şəraiti aydınlaşdırılır.

Read More »

DAK-ı kim parçalayıb: İran, yoxsa?

Diaspora.TV-də yayımlanan “Müzakirə vaxtı”nın növbəti buraxılışında “Vahid Azərbaycan diasporunu necə formalaşdıra bilərik?” mövzusu müzakirə olunub. Diaspora.TV-nin rəhbəri Niyaz Niftiyevin qonaqları Dünya Azərbaycanlıları Konqresinin (DAK) Avropa Birliyinin rəhbəri Əli Hacı, Köln (Almaniya) Azərbaycan Evinin yaradıcılarından biri Əli Quşçu və Kölndə (Almaniya) yaşayan Xorasan türkü Ələsgər Şəkiba olub. Qonaqlar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən güneyli və quzeyli diaspor təşkilatlarının fəaliyyəti, birləşə bilməmələrinin …

Read More »

Azərbaycanın bədii gimnastları İspaniyada növbəti medalları qazanıblar

Bədii gimnastika üzrə böyüklərdən ibarət Azərbaycan millisi İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə növbəti medalları qazanıblar. Boyukmillet.com xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv 5 halqa və 3 lent, 2 top proqramlarında yüksək nəticəyə nail olaraq iki gümüş mükafata sahib olublar. Yığma ötən gün çoxnövçülükdə qızıl medal əldə etmişdi.

Read More »