Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında 1/4 final oyununun (0:0) ən yaxşı futbolçusu bəlli olub. Boyukmillet.com xəbər verir ki, fransızların hücumçusu Usman Dembele görüşün ən yaxşı oyunçusu adına layiq görülüb. 27 yaşlı futbolçu 67-ci dəqiqədə matça əvəzetmədən daxil olub və sona qədər yüksək səviyyədə çıxış edib.
Read More »İspaniya millisinin baş məşqçisi: Futbolçularımız uğurdan doymur
Futbolçularımız uğurdan doymur. Boyukmillet.com xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Almaniyaya qarşı AVRO-2024-ün 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib. Mütəxəssis qazanılan qələbədən həzz aldığını söyləyib: “Əldə etdiyimiz uğurun sevincini yaşayıb, bu andan həzz alıram. Yarımfinal üçün bütün oyunçularım hazırdır. Komandamızın hər bir üzvü yüksək səviyyədə çıxış edir. Futbolçularımız uğurdan doymur. Belə kollektivlə …
Read More »Qəzaya düşən Suriya prezidentinin müşaviri xəstəxanada keçinib
Suriya prezidentinin müşaviri Luna əl-Şibl iyulun 2-də Dəməşq yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəstəxanada keçinib. Boyukmillet.com xəbər verir ki, bu barədə SANA dövlət agentliyi ərəb respublikasının rəhbərinin ofisinə istinadən məlumat yayıb. Qeyd edək ki, iyulun 2-də Əl-Şiblin idarə etdiyi avtomobil yoldan çıxaraq qəza törədib. Avtomobili idarə edən sürücü sağ qalıb və nəzarətə götürülüb. Suriya prezidentinin müşaviri ağır kəllə-beyin travması ilə …
Read More »KİV: Ağ ev Baydenin sağlamlığından getdikcə daha çox narahat olur
Ağ evin aparatı və ABŞ Prezidenti demokrat Cozef Baydenin seçki qərargahı onun səhhəti və ikinci müddətə prezidentlik uğrunda mübarizəni davam etdirə bilməsi barədə getdikcə daha çox narahat olur. Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. “Ağ ev aparatının, Baydenin seçki kampaniyasının bir çox işçiləri, habelə demokrat vəzifəlilər prezidentin yarışmanı davam etdirə bilməyəcəyindən getdikcə daha çox narahat olurlar”, – …
Read More »Sumqayıtda üzərinə şüşə düşən 12 yaşlı qız ölüb
Sumqayıtda bədbəxt hadisə baş verib. Boyukmillet.com xəbər verir ki, şəhərin 1-ci mikrorayonunda üzərinə şüşə düşməsi nəticəsində 2012-ci il təvəllüdlü qız ölüb. 12 yaşlı qız hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.
Read More »Ramiz Mehdiyevin kürəkəni sahibkarın bağ sahəsini zəbt etməkdə ittiham olunur
Məhkəmə keçmiş deputatın əleyhinə qərar çıxarıb 2010-2020-ci illərdə Milli Məclisin deputatı olmuş İlham Əliyev Şabranın kəndlərində sahibkar Mansur İbrahimovun 52 hektar bağ sahəsini zəbt etməkdə ittiham olunur. Sahibkar bununla əlaqədar onu məhkəməyə verib. Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə Mansur İbrahimovun iddiasına baxılıb. Mansur İbrahimov iddiada göstərib ki, İlham Əliyev “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahəsinə ona …
Read More »Avropa Birliyinin Ermənistana hərbi yardım edəcəyi bildirilir
Macarıstanın vetonu götürdüyü deyilir Macarıstan Avropa İttifaqının Ermənistana ilk hərbi yardımına veto qoymağı dayandırıb.Aİ diplomatik mənbələri “Azadlıq Radiosu”nun Ermənistan bölməsinə belə bildiriblər. Deyiblər ki, aylarla davam edən müzakirələrdən sonra 27 dövlətdən ibarət blok bu ilin əvvəlində Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fond olan Avropa Sülh Fondundan 10 milyon avro (təxminən 11 milyon dollar) dəyərində “qeyri-öldürücü” yardımı təsdiqləyib. …
Read More »TƏBİB-in yaranması ilə səhiyyəmiz nəinki düzəldi hətta düz olanı da əyildi
Sağlamlıq qaldı bir tərəfdə ikitirəlik başladı. Adam bilmir səhiyyə problemləri ilə bağlı dərdini hara desin.Nəyisə dəyişəndə yenilik gərək insanın problemini həll etsin,işini asanlaşdırsın.Bizdə isə tərsinədir.Məsələn,sığorta qaydası.Xeyri var,ancaq ziyanı ondan çoxdur.Adi bir sağlamlıq kağızını təxminən 40 manata verirlərsə,sosial cəhətdən imkansız adam bunu necə alsın? Yaxud sığortadan göndəriş almaq üçün növbəyə durursan,növbən çatanda məlum olur ki,sistem işləmir. Hələ indiyə kimi bu sistemi …
Read More »Şuşada TDT-nin dövlət və hökumət başçılarının iştirakı ilə Qarabağ Bəyannaməsi imzalanacaq
Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanacaq. Boyukmillet.com xəbbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edərkən bildirib. Türk Dövlətləri Təşkilatının Baş katibi qəbul olunacaq Qarabağ Bəyannaməsinin təşkilatın inkişafı və qarşıda duran məqsədlərin həyata keçirilməsi baxımından önəmini qeyd edib və bunu tarixi bəyanat …
Read More »Mirzoyan: İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir
Ermənistan Azərbaycanla danışıqlar yolu ilə sülh sazişinin imzalanmasını vacib sayır. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi amerikalı konqresmenlərlə görüşündə deyib. A.Mirzoyan ölkə hakimiyyətinin Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar edilməsi, o cümlədən qonşularla münasibətlərin nizamlanması ilə bağlı baxışını təqdim edib. O, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla sərhədin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar