Səbəb Türkiyədə Suriya qaçqınlarına qarşı etiraz, Suriyada Türkiyəyə yönəlmiş etirazlardır Türk əsgərləri Türkiyədəki soydaşlarına qarşı zorakılıqdan qəzəblənən suriyalıların atəşinə məruz qalıb. Toqquşmalarda azı 4 nəfərin həlak olduğu bildirilir. Bundan sonra Türkiyə iyulun 2-də Suriyanın şimal-qərbindəki əsas sərhəd keçidlərini bağlayıb. “Reuters” suriyalı müxalif mənbə və sakinlərin sözlərinə istinadən yazıb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bazar günü gecə saatlarından başlayan iğtişaşlarda Suriya …
Read More »Azərbaycan XİN Belarusu təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Belarusu Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Belarus Respublikasını və onun xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik”, – paylaşımda qeyd edilib.
Read More »Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin əməkdaşını ölkədən çıxarır
Rumıniyanın Moskvadakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Səfirə Moskvanın Rumıniya səfirliyinin əməkdaşını ölkədən çıxarmaq qərarı barədə məlumat verilib. “Bu tədbir Rumıniya tərəfinin Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını “arzuolunmaz şəxs” elan etməsi ilə bağlı əsassız qərara cavabdır”, – məlumatda vurğulanıb.
Read More »Rusiya ATƏT PA-da iştirakını dayandırıb
Rusiya Dövlət Duması və Federasiya Şurası bu ölkənin Federal Məclisi nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) işində iştirakının dayandırılması ilə bağlı bəyanat qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. “Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları Rusiya Federal Məclisinin nümayəndə heyətinin ATƏT PA-da iştirakının, habelə Rusiyanın ATƏT PA-nın büdcəsinə ödənişlərin dayandırılmasını əsaslı …
Read More »Vladimir Putin: “Bu il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13 % artıb”
Bu ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13 % artıb. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. “Əsas məsələyə, daha doğrusu, ticari-iqtisadi qarşılıqlı fəaliyyət məsələsinə gəlincə, əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir və ticarət dövriyyəsi 4 milyard ABŞ dollarından artıqdır. Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 4,5 milyard ABŞ olları təşkil edir. İlin birinci yarısında bu …
Read More »NATO ölkələri 2025-ci ildə Ukraynaya 40 milyard avro hərbi yardım ayırmağı razılaşdırıblar
NATO ölkələri 2025-ci ildə Ukraynaya 40 milyard avro hərbi yardım ayırmaq barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Read More »Növbədənkənar parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub
Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib. Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb …
Read More »Türkiyə millisinin üzvü Avstriya ilə oyunda iki rekorda imza atıb
Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında Avstriyanı məğlub edən Türkiyə millisinin futbolçusu Merih Demiral iki rekorda imza atıb. Boyukmillet.com xəbər verir ki, qarşılşamanın 1-ci dəqiqəsində rəqibin qapısına yol tapan 26 yaşlı müdafiəçi Avropa çempionatlarının pley-off mərhələlərində ən erkən qolu vurub. Bundan əvvəlki rekord AVRO-2016-nın 1/4 finalının Portuqaliya – Polşa matçında qeydə alınıb. İkincilərin futbolçusu Robert Levandovski Portuqaliya yığmasının penaltilər …
Read More »İtaliya 20 milyard avro dəyərində tanklar alacaq
İtaliya “Rheinmetall” şirkətindən 20 milyard avro dəyərində 550-dən çox tank almaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb. İtaliya istehsalçıdan 350 “Lynx” piyada döyüş maşını və 200-dən çox “Panther” tankı almaq istəyir. Təxmini çatdırılma müddəti 15 ildir.
Read More »İlham Əliyev Belarus Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun lideri Aleksandr Lukaşenkonu ölkənin dövlət bayramı olan Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Aleksandr Qriqoryeviç. Dövlət bayramı – Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Möhkəm dostluq əlaqələrinə, etimada və qarşılıqlı dəstəyə əsaslanaraq son onilliklər ərzində qardaş ölkələrimiz strateji tərəfdaşlığın çoxtərəfli münasibətlərini qurublar. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar