Terror aktına cəhd zamanı İsrailin Belqraddakı səfirliyin əməkdaşlarından heç biri xəsarət almayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. “Bu gün İsrailin Belqraddakı səfirliyinin ərazisində terror aktına cəhd edilib. Səfirlik bağlıdır və səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb. Yerli polis yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır”, – məlumatda qeyd edilib. Bu gün …
Read More »Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi məlum olub
Milli Məclisə növbədənkənar seçkilər üçün seçkiqabağı təşviqat avqustun 9-u başlayacaq, avqustun 31-i saat 08:00-da dayandırılacaq Boyukmillet.com xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasınınn Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında öz əksini tapıb. Belə ki, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün …
Read More »Azərbaycanda birmandatlı seçki dairələri üzrə deputatlığa namizədliyin irəli sürülməsi prosesi başlayıb
Azərbaycanda birmandatlı seçki dairələri üzrə deputatlığa namizədliyin irəli sürülməsi prosesi başlayıb. Boyukmillet.com xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova qurumun iyunun 29-da keçirilən iclasında deyib. Onun sözlərinə görə, seçkilərin təyin olunması ilə bağlı dövlət başçısının rəsmi sərəncamı dərc olunduqdan sonra namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması haqqında qərarın qəbul edilməsi üçün sənədlər müvafiq dairə seçki komissiyasına təqdim edilir: …
Read More »İsmayıllının Qoydan kənd sakinlərinin təxliyəsinə başlanılıb
İsmayıllı rayonunun Qoydan kəndində torpaq sürüşməsi nəticəsində sakinlərin təxliyəsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, sakinlərin müvəqqəti olaraq kirayə evlərə köçürülməsi nəzərdə tutulur. Qeyd edək ki, bir neçə gündür intensiv yağışlar nəticəsində rayonun Qoydan kənd ərazisində torpaq sürüşməsi baş verib. Təbiət hadisəsi kənd sakinlərinin evlərinə xeyli ziyan vurub, yaşayış üçün təhlükəli vəziyyət yaranıb. Ötən gün Qızıl Aypara Cəmiyyəti tərəfindən kənd sakinlərinə …
Read More »Müəllimlərin nazirliyin qarşısında aksiyası: “Sertifikasiya qeyri-şəffaf keçirilib”
Onlar imtahan zamanı kompüterlərdə texniki nasazlığın olduğunu deyiblər İyunun 28-də bir qrup müəllim Elm və Təhsil Nazirliyinin önündə etiraz aksiyası keçirib. Onların narazılığı 2024-cü il iyunun 21-22 və 24-də Azərbaycanda keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanları ilə əlaqədar olub. Azərbaycanın müxtəlif bölgələrindən gələn, həmçinin Bakıdan da olan müəllimlər sertifikasiya imtahanlarının qeyri-şəffaf keçrildiyini iddia ediblər. İmtahanın gedişatı ilə müxtəlif fikir və …
Read More »Ana məktəbli oğlunun qəsdən öldürüldüyünü iddia edir
Nigar Əliyeva: “Oğlunun cəsədi ekshumasiya olunmayanadək məzarını düzəltdirməyəcəm” “Mənim övladım 16 yaşını torpağın altında qeyd elədi. Ancaq onu öldürənlər azadlıqda, gözümün önündə əllərini-qollarını sallayıb gəzir”. Bu il mayın 6-da Tərtərdəki 2 saylı məktəbin 9-cu sinif şagirdi Aslan Əliyev həyatını itirib. Məktəblinin ölümüylə bağlı indiyədək müxtəlif versiyalar dolaşıb. Baş Prokurorluqsa həmin gün iki məktəbli arasında mübahisə baş verməsi, Aslan Əliyevin huşsuz …
Read More »AMEA-da “Dibanü lüğat-it-türk”-950″ mövzusunda beynəlxalq elmi konfrans keçirilib
İyunun 28-də Bakıda “Mahmud Kaşğari “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə baş tutdu. Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq əsərin türk dünyası və ümumbəşəri əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirilib. Bu qurultayda bir çox məsələyə toxunulub, o cümlədən, …
Read More »Basketbol hakimləri üçün təşkil edilən seminarlara start verilib
Zağulba tədris idman bazasında Azərbaycan Basketbol Federasiyasının yerli hakimlər üçün təşkil etdiyi seminarlara start verilib. Boyukmillet.com xəbər verir ki, hakimlər komitəsinin sədri Ələkbər Həsənovun başçılıq etdiyi seminarda 9 yerli referi iştirak edir. Ədalət qoruyucuları üçün gündə iki dəfə həm nəzəri, həm də praktiki seminarlar təşkil olunmaqla yanaşı, onlarıa mübahisəli epizodlarının hərtərəfli təhlili aparılır və dəyişilmiş qaydalar müzakirə edilir. Bundan əlavə, FIBA-nın …
Read More »Azərbaycan manatının dövretmə sürəti mayda cüzi artıb
Bu il iyunun 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,35 bənd təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,01 bənd çox, ilin əvvəlinə nisbətən 0,13 bənd az, illik müqayisədə isə 0,57 bənd azdır. AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin …
Read More »Cəlilabadda narkotik qarşılığında kuryerliyə cəlb edilən şəxs həbs edilib
Cəlilabadda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş Xalid Şükürov saxlanılıb. Boyukmillet.com xəbər verir ki, X.Şükürovdan 11 kiloqram marixuana, 3 kiloqram heroin, əlavə olaraq tiryək, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla onun narkotik vasitə qarşılığında İranda yaşayan narkotacir tərəfindən kuryerliyə cəlb edildiyi müəyyən edilib. X.Şükürov barəsində məhkəmənin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar