Tural Mehman oğlu Ələkbərov Xocalı Rayon Məhkəməsinin sədri təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Sərəncamında əksini tapıb. Sərəncamla T.Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.
Read More »Azərbaycanın Latviyaya ixrac potensialı olan məhsullar açıqlanıb
Azərbaycanın müəyyən qeyri-neft sənaye məhsullarının, o cümlədən kənd təsərrüfatı və emal məhsullarının Latviyada satışını həyata keçirmək mümkündür. Boyukmillet.com xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan şirkətləri Latviya bazarından platforma olaraq istifadə etməklə digər Baltikyanı ölkələrin bazarına çıxa bilər: “2018-ci ildə Latviyada “Azərbaycan Ticarət Evi” açılan zaman …
Read More »Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir
Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Məhərrəm İsmayıl oğlu Əzizovun meyitinin qalıqları Bərdə rayonuna gətirilib. Boyukmillet.com xəbər verir ki, şəhidin nəşi Bərdə rayonu 866 saylı qəsəbədə ailəsinə təhvil verilib. Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Məhərrəm İsmayıl oğlu Əzizov 1958-ci ildə Ağdam şəhərində anadan olub. O, 1993-cü il …
Read More »Məhəmməd Muradlı Avstriyadakı turnirin qalibi olub, Şəhriyar Məmmədyarov üçüncü yeri tutub
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən “Grand Prix Plus City” turnirinin blits mərhələsində qalib olub. Boyukmillet.com xəbər verir ki, o, 13 turdan sonra 11 xal toplayaraq birinci yeri tutub. Eyni yarışda iştirak edən digər şahmatşımız Şəhriyar Məmmədyarov 10 xalla bürünc medala sahib çıxıb.
Read More »İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var
İsrailin cənubundakı Aşkelon şəhərinə raket hücumu nəticəsində 3 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Times of Israel” nəşri şəhərdə fəaliyyət göstərən “Barzilay” Tibb Mərkəzinə istinadən xəbər yayıb. Qeyd edilir ki, Qəzzadan atılan raket şəhərdəki evə düşüb. Xəsarət alan 3 nəfər tibb mərkəzinə çatdırılıb.
Read More »“Keşlə bazarını söksələr, yüzlərlə insan işsiz qala bilər”
30 ilə yaxındır fəaliyyət göstərən Keşlə bazarı sökülmək təhlükəsi ilə üz-üzə qalıb. Bakının baş planında nəzərdə tutulan layihəyə əsasən, “Koroğlu” metrosundan Həsən Əliyev küçəsinə kimi avtomobil yolu inşa olunacaq. AAYDA-nın mətbuat katibi Anar Nəcəfli deyir ki, bazarın söküləcəyi hələ dəqiq bilinmir, ərazidə tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. Üfüqdə buldozer görən satıcılar xəbəri eşidər-eşitməz …
Read More »Güclü maqnit qasırğasının başladığı bildirilir
Fırtına elektrik şəbəkələrinə, peyklərə və yüksək tezlikli radio rabitələrinə müdaxilə edə bilər Yerdə güclü maqnit qasırğası başlayıb. Bu barədə ABŞ hökuməti xəbərdarlıq edib. ABŞ hökuməti 2003-cü ilin oktyabrından bəri ilk dəfə olaraq G5 geomaqnit qasırğası və Yerdən 17 dəfə böyük olan Günəş ləkələri barədə xəbərdarlıq edib. Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) də məlumat yayıb. …
Read More »ASAP Almaniyada konfrans keçirib
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Almaniyada Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş gənclər konfransı keçirilib. Boyukmillet.com xəbər erir ki, tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi …
Read More »İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
İrəvanda və Ermənistanın bir sıra regionlarında arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları bərpa edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Ermənistanın paytaxtında hazırda Xorenatsi küçəsi, Tiqran Mets və Azatutyan prospektləri bağlanıb. Etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər. Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət …
Read More »Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb
Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutur. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin görüşündə ikitərəfli əməkdaşlıq, ICESCO ilə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar