Avropa İttifaqı (Aİ) minalardan təmizlənmə üçün Azərbaycana əlavə 8 milyon avro ayırmağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopmanın Bakıda keçirilən “Avropa komandasının mina əleyhinə təşəbbüsü” adlı tədbirdə deyib. “Minalardan təmizlənmə sahəsində potensialın daha da gücləndirilməsi məqsədilə əlavə texniki yardım göstərmək üçün bu il əlavə 8 milyon avro …
Read More »Azərbaycanda “Analar Günü” təsis oluna bilər – EKSKLÜZİV
Azərbaycanda “Analar Günü”nün təsis olunması məsələsinə baxıla bilər. Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir: “Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart – Beynəlxalq Qadınlar Gününü elə “Analar Günü” kimi də qeyd edirik”. B.Muradova qeyd edib ki, …
Read More »Azərbaycan və İran generalları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Əziz Nəsirzadə və digər hərbi rəhbərlərlə görüşlər keçirilib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və …
Read More »Kəlbəcər şəhərinin içməli su ehtiyacının hansı mənbələr hesabına təmin olunacağı açıqlanıb
Kəlbəcər şəhərinin içməli suyu Ağçayın su mənbələri hesabına ödəniləcək. Boyukmillet.com xəbər verir ki, bu, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”nda öz əksini tapıb. Belə ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, şəhərin enerji təminatı bərpaolunan enerji potensialından istifadə edilməklə həyata keçiriləcək. Əhalinin içməli su təminatı isə Ağçayın su …
Read More »Rüfət Səfərov: Azərbaycan hakimiyyəti ilə sanksiyalar dili ilə danışanda nəticələr olur
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində ABŞ Dövlət katibi Antoni Blinkenlə Prezident İlham Əliyevin telefon danışığı zamanı toxunulan insan hüquqları məsələlərindən danışıb. Amerikanın Səsi: ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanda insan hüquqları məsələsinə toxunub. Sizcə ölkədə insan hüquqları sahəsində hansı islahatlara ehtiyac duyulur? Rüfət Səfərov: Ümumiyyətlə son dövrlərdə müşahidə …
Read More »Milli Məclisin sədri Qafarova ŞKTC millət vəkili Öztürkü qəbul edib
Türk Dünyası Parlamentlərinin Xarici Əlaqələr Komissiyalarının Toplantısı üçün Azərbaycanda səfərdə olan Cümhuriyyət Məclisinin Hüquq, Siyasi işlər və Xarici Əlaqələr Komitəsinin sədri Yasemin Öztürkü Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova qəbul edib. Boyukmillet.com xəbər verir ki, parlamentdən verilən məlumata görə, iclasda Bakıda olan Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay və Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstan parlamentlərinin …
Read More »İstanbulun su yolu üzərindəki memarlıq möcüzələri
İstanbul Boğazının özü kimi, sahillərindəki əzəmətli malikanələr də göz oxşayır. Avropa və Asiya qitələrinin qovuşduğu İstanbulun ən mühüm mədəni irsləri arasında müxtəlif dövrlərə aid olan bu tikililər fərqli memarlıq üslublarına malikdir. Həm Avropa, həm də Anadolu sahillərində yerləşən malikanələr ən yaxşı Boğazdan görünür. Bu mənzərəli evləri görməyin ideal yolu olan qayıq turları şəhərin heyrətamiz mənzərələri ilə tamamlanan fərqli bir kruiz …
Read More »Gürcüstanın maliyyə naziri: “BOEM-in inkişafı üçün regionun bütün ölkələrinin potensialından istifadə etmək lazımdır”
Bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı üçün Cənubi Qafqaz regionunun bütün ölkələrinin potensialından istifadə etmək lazımdır. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda panel müzakirəsi zamanı deyib. Nazir onu da vurğulayıb ki, Gürcüstan Azərbaycan-Avropa İttifaqı “yaşıl dəhliz” layihəsinin həyata …
Read More »Elman Abdullayev: Müharibələr nəticəsində mədəniyyət nümunələrinə çox böyük ziyan dəyir
Müharibələrin sonunda mədəniyyət nümunələrinə, bütövlükdə mədəniyyətə çox böyük ziyan dəyir. Boyukmillet.com xəbər verir ki, bunu VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusunda keçirilən 9-cu Panel sessiyasında çıxış edən Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev deyib. Diplomat qeyd edib ki, mədəni irsin qorunması istiqamətində səylər birləşdirilməlidir: “Müharibələrin sonunda …
Read More »Azərbaycan FAO ilə azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsini müzakirə edib
Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətlərdə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Məcnun Məmmədovun FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib. Nazir Viorel Gutu FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar