Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu lazımınca nəzərdən keçirilməlidir. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib. Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladan dövlət başçısı bildirib: …
Read More »Taleh Kazımov: “Bu il cari əməliyyatlar balansı 7 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır”
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilin sonuna cari əməliyyatlar balansını 7 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2025-ci ildə bu, təxminən 6,5 milyard ABŞ dolları olacaq.
Read More »İğdır-Naxçıvan qaz kəmərinin auditinə dair protokol imzalanıb
Türkiyə və Azərbaycanın Hesablama Palataları arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinin auditi üzrə əməkdaşlıq haqqında protokol imzalanıb. Boyukmillet.com xəbər verir ki, İğdır şəhərinin Aralık rayonundakı BOTAŞ şirkətinin stansiyasında keçirilən tədbirdə Türkiyə Hesablama Palatasının sədri Metin Yener və Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, BOTAŞ şirkətinin baş direktoru Abdulvahit Fidan və digər rəsmi şəxslər iştirak edib. Tərəflər İğdır-Naxçıvan qaz kəmərinin tikintisi …
Read More »Baş direktor: ICESCO Azərbaycanla əməkdaşlıqdan qürur duyur
ISESCO Azərbaycanla əməkdaşlıqdan qürur duyur. Boyukmillet.com xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Read More »Azərbaycan Özbəkistanla investisiya sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycanla Özbəkistan arasında investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir deyib ki, Özbəkistana işgüzar səfəri zamanı bu ölkənin investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirilmiş görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın gündəliyindəki məsələlər nəzərdən keçirilib: “Gündəlikdə biznes subyektlərinin işbirliyinin təşviqi üçün yeni imkanların araşdırılması, ticarət-iqtisadi …
Read More »Suqovuşanda “Prezident Kuboku 2024″ün açılış mərasimi keçirilib
Akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024”ün açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir Suqovuşanda baş tutub. Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Elnur Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. İlk olaraq Dövlət Himni səsləndirilib. Ardınca …
Read More »BMT təmsilçisi: COP konfransı mühüm məsələlərin həllində özünü əsas platforma kimi nümayiş etdirib
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Ümumiyyətlə, COP konfransı mühüm məsələlərin müzakirə və həllində özünü əsas platforma kimi nümayiş etdirib. Boyukmillet.com xəbər verir ki, bunu BMT-nin Turizm üzrə İcraçı Direktoru Zoritsa Urosevic mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib. Z.Urosevic qeyd edib ki, elementar tələblər …
Read More »Prezident: Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın
Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik …
Read More »Azərbaycan lideri: COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük
Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib. Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb …
Read More »“Türkmənkimya” ammonyak istehsalını təkmilləşdirmək üçün xarici podratçılar axtarır
“Türkmənkimya” Dövlət Konserni Marı şəhərindəki “Maryazot” istehsalat birliyində “AM-600” ammonyak istehsalının yenidən qurulması və təkmilləşdirilməsi üçün beynəlxalq tender elan edib. Boyukmillet.com xəbər verir ki, tenderdə iştirakın dəyəri ƏDV daxil olmaqla 1 725 ABŞ dollarıdır. Tenderdə iştirak etmək istəyən şirkətlər tam adı və hüquqi statusu, qeydiyyatdan keçdikləri ölkə və rekvizitləri göstərilməklə yazılı ərizə təqdim etməlidirlər. Tender sənədləri paketini ƏDV daxil olmaqla 1 725 ABŞ dolları və ya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar