Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib. “Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!” – dövlət rəsmisi bildirib. Unforgettable and historical flight: From Fuzuli to Berlin! Miracles happen …
Read More »Masazırda evdə yanğın olub
Masazırda evdə yanğın olub. Boyukmillet.com xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 130 m² olan ikimərtəbəli 4 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yüksək temperaturdan 2-ci mərtəbənin 1 otağında 1 ədəd televizor və 1 ədəd kondisioner qismən əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Read More »Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb
Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından, Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, bundan başqa Xidmətin əməkdaşları sözügedən ərazidə ümumilikdə 825 metr uzunluğunda 12 ədəd sintetik tor aşkar edərək götürüblər.
Read More »Adil Kərimli: Qırğızıstan mədəniyyəti günlərinin keçirilməsi ölkələrimizin əlaqələrinin genişlənməsinə xidmət edir
Azərbaycanda Qırğızıstan mədəniyyəti günlərinin keçirilməsi ölkələrimizin əlaqələrinin genişlənməsinə xidmət edir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli deyib. Nazir xatırladıb ki, Azərbaycan xalqı Türk dünyasının böyük oğlu Çingiz Aytmatovun yaradıcılığına dərin hörmətlə yanaşır: “Bir neçə saat əvvəl Bakıdakı parklardan birində onun abidəsinin açılışı da məhz bu hörmətin bariz nümunəsidir. Sabah isə M.F.Axundov adına Mərkəzi Kitabxanada hər iki ölkənin …
Read More »Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər ləğv edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə dəyişiklik edilib. Belə ki, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər siyahısından kommersiya mübahisələri çıxarılıb.
Read More »Bayden “TikTok”u qadağan edə biləcək qanun layihəsini imzalayıb
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden “TikTok”u ABŞ-də qadağan edə biləcək qanun layihəsini imzalayıb. Boyukmillet.com xəbər verir ki, “TikTok”un sahibi olan “ByteDance” şirkətinə tətbiqdən imtina etmək üçün doqquz ay vaxt verilir, əks halda o, ABŞ-də bloklanacaq. “TikTok” qanuna məhkəmə çərçivəsində etiraz edəcəyini bildirib.
Read More »İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirdiyi hava əməliyyatında PKK-nın 6 terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada terrorla mübarizənin effektiv və qətiyyətlə davam etdiriləcəyi də vurğulanıb.
Read More »Kollektiv Qərb Cənubi Qafqaz üzərindən təhlükəli planlar həyata keçirmək istəyir – RƏY
Kollektiv Qərb Cənubi Qafqaz regionu üzərindən çox təhlükəli planlar həyata keçirmək istəyir. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, Qərb Cənubi Qafqazda özünün əsas geosiyasi rəqibi olan Rusiyaya qarşı üstünlüklərini yaratmaq niyyəti güdür: “2018-ci ildə Paşinyanın Ermənistanda hakimiyyətə gətirilməsi də onun anti-Rusiya mövqeyi tutmasının nəticəsi idi. Onun rəhbərlik etdiyi hərəkat “Çıxış” adlanırdı. …
Read More »Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və alternativ və bərpa olunan enerji sahəsində təşəbbüslər” mövzusunda panel müzakirəsi keçirilib. Boyukmillet.com xəbər verir ki, panel müzakirəsində 30 ölkədən nüfuzlu beyin mərkəzləri və akademik qurumları təmsil edən 64 xarici ekspert iştirak edib. Çıxış edənlər arasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, Cenevrə Universitetinin Qlobal Ekoloji Siyasət …
Read More »İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər – YENİLƏNİB
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 17:52 Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər. “Report” xəbər verir ki, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar