Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb

Xankəndi şəhərində 36 silah aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, aprelin 15-də Xankəndi şəhəri ərazisindən 27 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 pulemyot-tapança, 4 tapança, 3 tüfəng, 14 qumbara, 1 qumbaraatan, 5 alışdırıcı, 3 mina başlığı, 2 mərmi, 15 pulemyot lenti, 74 patron darağı, 3130 ədəd müxtəlif çaplı patron, 2 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb. Həmçinin …

Read More »

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? – ARAŞDIRMA  

Rusiya vətəndaşlığından imtina edərək, Azərbaycanın ötən ilin sentyabrına qədər işğal altında olan bölgələrində “hakimiyyət” iddiasına düşən, can verən separatçı rejimin “canlandırılmasına” cəhd göstərən, məlum antiterror əməliyyatından sonra isə həbs edilərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq təcridxanasında saxlanılan erməni milyarder Ruben Vardanyanı inanılmaz zənginliyə yetişdirən qeyri-leqal “biznes kombinasiyaları”na dair ilginc faktlar aşkarlanaraq ictimailəşdirilib. Göründüyü qədər, Vardanyanınm Rusiya hüdudlarını aşan biznes fəaliyyətində yol …

Read More »

Cəbrayılda minalar aşkarlanıb

Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində minalar aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları ərazidən 29 ədəd tank və piyada əleyhinə mina, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Read More »

Şəhriyar Məmmədyarov: Gözəl mübarizə apardığı üçün Nicata təşəkkür edirik

Biz, şahmatseverlər gözəl mübarizən üçün sənə təşəkkür edirik. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov şəxsi feysbuk hesabında yazıb. 39 yaşlı qrossmeyster Kanadanın Toronto şəhərində İddiaçılar Turnirində iştirak edən Nicat Abasov haqqında fikirlərini bölüşüb. Məmmədyarov Abasovun gözəl şahmatçı olduğunu bildirib: “Belə turnirdə ölkəmizi təmsil etdiyin üçün böyük təşəkkürlər. Nicat bacardığını edir, bu, gözəldir. Bu yarışda məğlubiyyət ağır olur. Sonadək …

Read More »

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Türkiyə Qəzza zolağı ilə bağlı məsələnin nizamlanması üçün səylərini artırır və bu məqsədlə ölkənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Bildirilib ki, Türkiyə XİN başçısı bu ölkədə Qətər əmiri və HƏMAS-ın rəhbərliyi ilə danışıqlar aparacaq. Bundan başqa, Ankara Qəzza üzrə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Təmas …

Read More »

Dəniz, qum və günəş: Tarixin möhtəşəm abidələrini özündə qoruyan Kuşadası – FOTO

Türkiyənin turizm bölgələrini sadaladıqda sözsüz ilk yerlərdən birini Kuşadası tutur. Kuşadası bir neçə parametrlərdə digər istirahət mərkəzlərini üstələyir. Dəniz, qum və bol günəşin olması turistlərin bu əraziyə axınını artırır. Turistlərin Kuşadasının sevməsinin başqa bir səbəbi bu ərazidə çoxsaylı tarixi memarlıq abidələrinin olmasıdır. Kuşadası Aydın vilayətinə bağlıdır və təbii gözəllikləri və tarixi abidələri ilə zəngindir. Kuşadası Müstəqillik Müharibəsi zamanı İtaliya və …

Read More »

Azərbaycan Nyu-Yorkda yüksək səviyyəli gənclər forumunda təmsil olunacaq

Azərbaycanın gənclər və İdman naziri Fərid Qayıbov BMT-nin İqtisadi və Sosial Şurasının (UN ECOSOC) Nyu-Yorkda keçiriləcək Yüksəksəviyyəli Gənclər Forumunda iştirak edəcək. “Report”un ABŞ bürosu xəbər verir ki, nazir forum çərçivəsində aprelin 18-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşəbbüsü və Birləşmiş Ərəb Əmirliklərinin BMT yanında daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “COP28-dən COP29-a: Gənclər İqlim Dəyişikliyinə Qarşı Mübarizədə Liderlik edir” başlıqlı …

Read More »

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. Boyukmillet.com xəbər verir ki, tərəflər Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Əməkdaşlığın 10 yeni sahəsi üzrə perspektiv layihələrə xüsusi diqqət yetirilib. Tərəflər, həmçinin yüksək səviyyədə qarşıdan gələn görüşlərin və tədbirlərin cədvəlinə baxıblar.

Read More »

İran səfiri Belçika XİN-ə çağırılıb

İran səfiri ölkəsinin İsrailə hücumu ilə əlaqədar Belçika Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirliyin yaydığı məlumatda bildirib. “Belçika İran İslam Respublikasının səfirini çağırır və İranın İsrailə hücumunu kəskin şəkildə pisləyir”, – vurğulanıb.

Read More »

Rusiya və Tacikistan birgə hərbi təlimlərə başlayıb

Tacikistanın Xatlon vilayətində Rusiya və yerli silahlı qüvvələrinin birgə ikitərəfli təlimi başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təlimlərin açılışı “Harb Maydon” poliqonunda başlayıb. Məlumata görə, Rusiya hərbi kontingentinin əsasını 201-ci Rusiya hərbi bazasının dağ, motoatıcı, tank, artilleriya, kəşfiyyat bölmələri, həmçinin hava qruplarının ekipajları təşkil edir. İnformasiyaya əsasən, manevrlər zamanı iştirakçılar …

Read More »