Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz yollarla ölkə ərazisində göndərilən külli miqdarda narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlər nəticəsində Lənkəran şəhər sakini İslam Məmmədov saxlanılıb. Ondan 10 kiloqram marixuana və 150 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxs İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduğunu bildirib. İ.Məmmədovun əvvəllər …
Read More »Türkiyə XİN: İranın İsrailə hücumundan əvvəl Tehran və Vaşinqton Ankara vasitəsilə əlaqə saxlayıb
İranın İsrailə hücumundan əvvəl Tehran və Vaşinqton Ankara vasitəsilə əlaqə saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Hadisədən əvvəl biz İran və ABŞ rəsmiləri ilə əlaqə saxladıq və onları mülayim olmağa çağırdıq. Dövlətimiz vasitəsilə tərəflər qarşılıqlı gözləntilər və mesajlar çatdırıb, reaksiyaların proporsionallığını təmin etmək üçün lazımi təşəbbüslər həyata keçirilib”, – bəyanatda qeyd olunub. Həmçinin bildirilib ki, …
Read More »Ceyhun Bayramov Özbəkistana işgüzar səfərə yola düşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfərə yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirakı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Read More »XİN: Azərbaycan İranla İsrail arasında artan gərginlikdən dərin narahatdır
Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki paylaşımında deyilir. “Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”, – XİN qeyd edib.
Read More »Azərbaycan və İordaniya arasında müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Əhməd Al-Hnaiti ilə görüşüb. Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun önündən keçdikdən sonra, protokola uyğun olaraq general-polkovnik Z.Həsənov ziyarətçilər kitabını imzalayıb. Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi …
Read More »İran ABŞ-a xəbərdarlıq edib
İran İsveçrə vasitəsilə ABŞ-a xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, Amerika bazaları hərbi hədəfə çevriləcək. “Report” yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. “Biz İsveçrə səfirliyi vasitəsilə Amerikaya məlumat verdik ki, ABŞ bazaları İsrailin gələcək hərəkətlərində istifadə olunarsa, hərbi hədəfə çevriləcək. Biz bunu təcavüz kimi qiymətləndirib, ona uyğun hərəkət …
Read More »İranın İsrailə hücumu nəticəsində 7 yaşlı uşaq ölməyib – YENİLƏNİB
İranın İsrail ərazisinə hücumu nəticəsində 7 yaşlı uşağın ölümü ilə bağlı məlumat düzgün deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halperin məlumat verib. “Biz məlumatı dəqiqləşdirmişik. Uşaq ölməyib, hazırda vəziyyəti ağırdır”, – diplomat bildirib. 12:52 İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin …
Read More »Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq
Aprelin 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək …
Read More »Oğuzda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, onlardan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.
Read More »İsrail ordusu: İran buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb
İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. Bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən “The Times of Israel” qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 170 pilotsuz uçuş aparatı buraxıb, onların heç biri İsrail sərhədlərinə çatmayıb. “Onlar müttəfiqləri ilə birlikdə İsrail hərbçiləri tərəfindən vurulub. Bundan əlavə, İran İsrailə 30 qanadlı raket …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar