Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Prokurorluğun məlumatına görə, şübhəli şəxs 2016-2018-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə istehlak mallarının keçirilməsi ilə məşğul olan cinayətkar qrupa rəhbərlik edib, həmçinin gömrük rüsumlarını və vergilərini ödəməkdən yayınıb. Nəticədə ölkəyə 4 …
Read More »BMT-də Azəbaycanın təşəbbüsü ilə mədəniyyətlərarası dialoq forumu üzrə brifinq keçiriləcək
Birləşmiş Millətlər Təşkilatında (BMT) Azəbaycanın təşəbbüsü ilə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçiriləcək. “Report”un ABŞ bürosu xəbər verir ki, aprelin 12-də BMT-nin Nyu-Yorkddakı qərargah binasında keçiriləcək birgə brifinqdə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun təşkilat komitəsinin İşçi qrupunun rəhbəri, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü …
Read More »Qubadlıda hərbi qulluqçumuzun yaralanması faktı ilə bağlı cinayət işi açılıb
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Məmmədov Rövşən Üzeyir oğlunun Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Bunu “Report”a açıqlamasında hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. O bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri və …
Read More »DSX: Ermənistanın döyüş postundan Azərbaycan sərhədçisinə atəş açılıb, yaralanan var
Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan …
Read More »Sabah Bakıda 17, rayonlarda 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% olacaq. …
Read More »Fransa PKK terrorçusunu Türkiyəyə təhvil verib
Türkiyənin İnterpol xətti ilə axtardığı PKK/KCK terror təşkilatının üzvü Mehmet Kopal Fransadan Türkiyəyə ekstradisiya olunub. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə polis idarəsindən bildirilib. Qeyd olunub ki, Türkiyə Xarici İşlər Nazirliyinin və hüquq-mühafizə orqanlarının koordinasiyalı addımları nəticəsində Türkiyəyə qaytarılıb.
Read More »Türkiyə Rusiyadan aldığı “S-400”ləri İraqla sərhəd ərazidə yerləşdirə bilər
Türkiyə Rusiyadan aldığı “S-400” zenit-raket komplekslərini qonşu İraqla sərhəd xəttinə yerləşdirə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Məlumata görə, “S-400″lərin sərhəd bölgələrində yerləşdirilməsi prosesinin Ramazan ayı bitdikdən sonra və ya gələn həftə sürətləndirilmə ehtimalı var.
Read More »Xankəndidə 11 avtomat, 11 qumbara və 1 qumbaraatan aşkarlanıb
Aprelin 9-da Xankəndi şəhəri ərazisində 11 avtomat, 11 qumbara və 1 qumbaraatan aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bundan başqa, şəhər ərazisindən 4 tapança, 1 tüfəng, 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Read More »Ermənistanın baş naziri: Dörd kəndin Azərbaycana qaytarılmasına qarşı deyilik
Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı deyil. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib. O bildirib ki, Ermənistan delimitasiya prosesinə Tavuş vilayətindən və 4 kənddən başlamağa hazırdır: “Delimitasiya və demarkasiya təhlükəsizliyi təmin etməyəcək. Lakin bu proses olmasa, təhlükəsizlik təhdidləri getdikcə artacaq”.
Read More »Allahşükür Paşazadə: İlk dəfədir Ramazan bayramı namazı bütöv Azərbaycanda qılınır
Builki Ramazan bayramı xüsusi əhəmiyyətə malikdir. Çünki Xankəndidəki şər yuvası, separatizm ocağı artıq məhv edilib. Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazı xütbəsində deyib. “Bu il ilk dəfədir ki, biz bayram namazını bütöv Azərbaycanda qılırıq. Biz buna görə şəhidlərimizə minnətdarıq. Allah bizə daim zəfər nəsib etsin”, – o söyləyib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar