Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Nikol Paşinyan: Sərhədlərin delimitasiyası yeni müharibənin qarşısını ala bilər

Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, bununla belə, bu, yeni müharibənin olmayacağına zəmanət vermir: “Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır”. N.Paşinyanın sözlərinə görə, Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin …

Read More »

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, instaqramdakı paylaşımda qeyd olunub: “İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! …

Read More »

Türkiyə Aİ-yə xəbərdarlıq edib: Yunanıstanın siyasi həmlələrinin alətinə çevrilməyin

Türkiyə Avropa İttifaqını “Yunanıstanın ətraf mühit proqramları ilə bağlı siyasi həmlələrinə alət olmaması” üçün xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin “Yunanıstanın Egey dənizində elan edəcəyi Dəniz Parkı” haqqında bəyanatında yer alıb. Sənəddə Yunanıstan Xarici İşlər Nazirliyinin bugünkü açıqlamasında cari ilin 16-17 aprel tarixlərində Afinada keçiriləcək “Okeanımız Konfransı” zamanı biri Egey dənizində, digəri İon dənizində iki yeni …

Read More »

İraqın şimalında Türkiyə hərbçisi şəhid olub

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə hərbçisi şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 9-da terrorçuların açdığı atəş nəticəsində çavuş Hikmət Aslan yaralanıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Read More »

600-cü sahibkar “ABAD”çı adını qazandı

Yubilyar “ABAD”çı dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan Bakı şəhər sakini Həsənov Elnur Ağanəzər oğludur. O, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür. Müxtəlif muzeylərdə çalışıb, sərgi, salon və festivallarda rəngkarlıq və metal instalyasiya üzrə əsərlərini dəfələrlə nümayiş etdirib. Elnur Həsənov “ABAD” sıralarına keramika məshulları ilə qoşulub. O, hazırda Bakı, Naxçıvan, Şəki və s. regionları da daxil olmaqla Azərbaycanda tarixi abidələrin ümumi maket …

Read More »

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More »

Ərdoğan Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib

Aprelin 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq …

Read More »

MN: Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-u saat 10:40 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.

Read More »

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfəri edəcək. Boyukmillet.com “Kabar” agentliyinə istinadən xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. O, səfərin 2024-cü il aprelin 24-25-nə planlaşdırıldığını vurğulayıb.

Read More »