Çərşənbə axşamı , 7 Aprel 2026

autor

“Formula-1” üçün ayrılan pullar hansı xarici banklara köçürülüb?

Hüquq-mühafizə orqanlarına Çingiz Mehdiyevin pul mənimsədiyi haqda məlumatı keçmiş həyat yoldaşı verib Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) İdman Əməliyyatları şöbəsinin keçmiş rəisi, Bakıda hər il keçirilən “Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın büdcə vəsaitini mənimsəməkdə ittiham olunan Çingiz Mehdiyevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər …

Read More »

Azərbaycan və Konqo prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb

Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və bu gün təkbətək görüşdə biz bir çox məsələləri geniş müzakirə etdik. Gündəliyimiz kifayət qədər genişdir. Biz bu gün siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışmışıq. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü zamanı deyib. Dövlət başçısı …

Read More »

Rəsulzadənin baxımsız vəziyyətdə olan heykəli hansı rayondadır? (FOTO/AÇIQLAMA)

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin bərbad vəziyyətdə olan heykəlinin fotoları yayılıb. İddia olunub ki, heykəl Quba rayonundadır və baxımsız vəziyyətdədir. Lakin Quba rayon İcra Hakimiyyyəti iddianı təkzib edib. İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov Qaynarinfo-ya bildirib ki, Qubada Rəsulzadənin heykəli heç vaxt olmayıb: “Qubada Rəsulzadənin adına küçə var. İkincisi isə Qubanın Qıraqlı adında kəndi yoxdur. Həmin …

Read More »

İsmayıllıda dibçəklərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, saxlanılan şəxs, rayon sakini Əflatun Mirzəyevin yaşadığı ünvana baxış keçirilərkən dibçəklərdə əkib-becərdiyi 57 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib. O, ifadəsində narkotik tərkibli bitkiləri 1 ay əvvəl əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Faktla bağlı …

Read More »

Xankəndidə 8 silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndidə 8 silah aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 3 qumbara, 5 alışdırıcı, 44 patron darağı, 10 mərmi, 1690 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkarlanıb. Bundan başqa, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə respublikanın digər ərazilərində qanunsuz saxlanılan 1 tapança, 2 …

Read More »

MN: Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa hazırdır

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısını üzərində hiss edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur və ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, çətin relyefli və yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir, fasiləsiz xidmət …

Read More »

XİN: Postmünaqişə dövründə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib

Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Boyukmillet.com  xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanatında deyilir. Qeyd olunub ki, onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi …

Read More »

İranda iki polis məntəqəsinə hücum edilib, altı nəfər ölüb

İranda iki polis məntəqəsinə hücum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat verib. Onun sözlərinə görə, silahlı hücum əyalətinin Rask və Çabahar şəhərlərində baş verib. Yerli KİV məlumat verib ki, atışma nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub, üç terrorçu isə zərərsizləşdirilib. Silahlı şəxslərin “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri …

Read More »