Dünya neft emalı potensialının beşdə birindən çoxu benzin istehsalında gəlirliliyinin proqnozlaşdırılan azalması və karbon emissiyalarının azaldılması səyləri səbəbindən bağlanma riski altındadır. Boyukmillet.com xəbər verir ki, bu barədə 465 neft emalı zavodunda vəziyyəti öyrənən “Wood Mackenzie” enerji konsaltinq şirkətinin məlumatlarına istinadən Reuters agentliyi məlumat yayıb.Onların çoxu Avropa və Çindədir: burada istehsal həcmi təqribən gündəlik 3,9 milyon barel təşkil edən neft emalı …
Read More »Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etdi
Ermənistan sürgündə olan heç bir “Dağlıq Qarabağ” “hökumətini” tanımır. Boyukmillet.com report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdid edir.
Read More »Putindən Qərbə SON DƏQİQƏ F-16 XƏBƏRDARLIĞI: Bu əraziləri VURACAĞIQ, MƏHV edəcəyik!
“Putin bildirib ki, Rusiya heç bir halda NATO ölkələrinə hücum etmək fikrində deyil. Bununla bağlı bir çox nəşrlər yalan yazdı, bunlar Qərb ölkələrinin cəmiyyətini aldatmaq cəhdidir. Rusiya ancaq Qərb dövlətləri Rusiyaya hücum edəcəyi təqdirdə cavab verə bilər”. Bu sözləri rusiyalı politoloq Sergey Markov deyib. “Ən real yol isə odur ki, əgər F-16 təyyarələri Rusiyaya qarşı müharibə üçün NATO-ya üzv ölkələrin …
Read More »Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. İcmadan daxil olan bəyanatda bildirilib ki, martın 27-də Fransanın “Le Figaro” qəzetində Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində yaratmış olduğu və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin tör-töküntüləri ilə müsahibə dərc edilib. Qeyd olunub ki, Azərbaycanın xalqlar arasında nifaqı geridə qoymağa xidmət edən, anlaşmaya, barışığa əsaslanan, …
Read More »Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
Ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin “Respublika” qəzetində dərc olunan məqaləsində qeyd edilib. Bildirilib ki, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan hüdudlarından …
Read More »Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti”ni tanımır
Ermənistan mühacirətdə olan hər hansı “Dağlıq Qarabağ hökuməti”ni tanımır. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. O deyib ki, Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar: “Açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda yeganə hökumət var və bu salonda oturub. Xarici qüvvələrin …
Read More »Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb
Bu gün 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb. “Report”un yerli bürosu xəbər verir ki, səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib. Öncə şəhid ailələri ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzdülər. Şəhid valideynləri Qarabağın tacı Şuşada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar, qədim şəhərin tarixi …
Read More »Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
Kəlbəcər rayonunda əl qumbaraları tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub. Partlayıcı sursatlar təhlükəsizlik məqsədilə ərazidən götürülüb.
Read More »Ukrayna hərbi kəşfiyyatının rəisi: Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi
Rusiya fevralın 15-dən “Crocus City Hall”da terror aktı hazırlandığını bilirdi. “Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanov Üçüncü Beynəlxalq Strateji Kommunikasiyalar Forumunda çıxış edərkən bildirib. “Azı 15 fevral 2024-cü il tarixindən bəri Rusiya Federasiyası hazırlıq barədə məlumatlı idi”, – Ukraynanın hərbi kəşfiyyat rəisi vurğulayıb. Kirilo Budanovun sözlərinə görə, gözlənilən terror aktı ilə bağlı məlumat …
Read More »Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərindəki yaşayış ərazisinə atəşə tutması nəticəsində bir nəfər ölüb, 19 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Zelenski feysbukda bildirib. Hazırda bir nəfərin öldüyü, 19 nəfərin yaralandığını vurğulayan Prezident Zelenski xəsarət alanlar arasında iki azyaşlının olduğunu açıqlayıb: “Aralarında uşaqların da olduğu azı 19 nəfər xəsarət alıb: 2022-ci il təvəllüdlü qız, 2023-cü il təvəllüdlü oğlan. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar