Rusiyanın Moskva vilayətində “Crocus City Hall”da baş vermiş terror aktında xəsarət alanların sayı 154-ə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 44 nəfər ambulator müalicədədir. Ölənlərin sayı 133 nəfər təşkil edir.
Read More »Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
Martın 25-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. …
Read More »Rusiyada terror aktının törədildiyi “Crocus City Hall” bərpa olunacaq
Rusiyada terror aktının törədildiyi “Crocus City Hall”un bərpası planlaşdırılır. “Report”un məlumatına görə, bu barədə “Crocus International”ın mətbuat xidməti xəbər yayıb. “Terrorçuların qurbanlarını heç vaxt unutmayacağıq. Onların çirkli əlləri ilə dağıdılanlar bərpa olunacaq”, – məlumatda deyilir. Şirkət ailəsini və yaxınlarını itirən hər kəsə başsağlığı verib. Mətbuat xidməti qeyd edib ki, hakimiyyətə və xüsusi xidmət orqanlarına çətin işlərində kömək etmək, eləcə də …
Read More »Zelenski: “Bu … Putin bir sutkadır fikirləşir ki, hadisəni Ukrayna ilə necə bağlayım”
Ukrayna Prezidenti Vladimir Zelenski Moskvada Crocus City Hall konsert zalında törədilən terror aktına və hadisədə Ukraynanı günahlandırmaq cəhdlərinə cavab verib.Musavat.com Unian-a istinadən xəbər verir ki, prezident axşam videomüraciətində hadisənin Rusiya xüsusi xidmətinin öz əməli olduğunu bildirib: “Dünən Moskvada baş verənlərlə bağlı hər şey aydınır, amma Putin və başqa fırıldaqçılar bunu başqasının üstünə atmağa çalışırlar. Onların həmişə eyni üsulları var. Bu, artıq …
Read More »Ukraynada daha bir azərbaycanlı hərbçi öldü- FOTO
Ukrayna-Rusiya müharibəsində daha bir azərbaycanlı hərbçi həlak olub. Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Rövşən İsmayılov qaynar döyüşlərin getdiyi ərazidə aldığı güllə yarasından dünyasını dəyişib. Bildirilib ki, əslən Qubadlı rayonunun Şurnuxu kəndindən olan R.İsmayılov müharibəyə könüllü kimi qatılıbmış. Onun bir oğlu yadigar qalıb.
Read More »Emin Ağalarovdan terrorla bağlı daha bir PAYLAŞIM – FOTO
Xalq artisti Emin Ağalarov Moskvadakı “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, Ağalarov dəhşətli terror zamanı köməklik göstərən şəxslərə təşəkkür edərək, qeyd edib: “Fədakar mühafizəçilərə, “Crocus City Hall” və ətraf təşkilatların əməkdaşlarına, faciə baş verən gecə əməyi keçən insanlara, yardım edən bütün əməkdaşlara dərin minnətdarlığımı bildirirəm. Hamımız üçün dəhşətli bir faciə yaşandı. Həlak …
Read More »Rusiyada terror aktında həlak olanların ilkin siyahısı açıqlanıb
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi saytında ilk dəfə olaraq “Crocus City hall”da baş vermiş terror aktı nəticəsində ölənlərin siyahısını dərc edib. “Report”un TASS-a istinadən məlumatına görə, siyahıda hələlik 13 nəfərin adı var. Bildirilir ki, siyahıda Bakı vaxtı ilə saat 18:00-a olan məlumatlar yer alıb. Mətbuat xidməti qeyd edib ki, bunlar ölənlərin adlarının ilkin siyahısıdır. “Ölənlərin şəxsiyyəti məhkəmə-tibb ekspertləri tərəfindən müəyyən …
Read More »Bağanis-Ayrım soyqırımından 34 il ötür
Erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi Bağanis-Ayrım soyqırımından 34 il ötür. Boyukmillet.com xatırladır ki, 1990-cı il martın 24-də saat 8 radələrində azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə onları öldürmək, eləcə də beynəlxalq hüquq normaları və Azərbaycan qanunları ilə müəyyənləşdirilmiş əsaslar olmadan kənd sakinlərini daimi yaşayış yerlərindən didərgin salmaqla onları qovmaq, azərbaycanlı əhaliyə, onların …
Read More »Rusiyanın Azərbaycandakı səfirliyində terror qurbanlarını anmaq üçün xatirə kitabı açılıb, bayraq yarıya endirilib
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində “Crocus City Hall”dakı baş vermiş terror aktının qurbanlarının anılması üçün xatirə kitabı açılıb, bayraq yarıya endirilib. Boyukmillet.com-un məlumatına görə, sözügedən xatirə kitabı qurbanları anmaq istəyənlər səfirliyə yaxınlaşa bilərlər. Xatırladaq ki, ötən gecə Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da insanlara atəş açılıb. Baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.
Read More »Xankəndidə 3 avtomat, 2 qumbara aşkar edilərək götürülüb
Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 22-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 qumbara, 9 patron darağı, 60 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar