Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın 23-də Pakistan İslam Respublikasında keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı …
Read More »TDT Novruz bayramı münasibətilə türk dünyasını təbrik edib
Türk Dövlətləri Təşkilatı (TDT) Novruz bayramı münasibətilə türk dünyasını təbrik edib. Boyukmillet.com-un xəbərinə görə, təşkilat bununla bağlı “X” hesabında paylaşım edib. “Türk dünyasının yüzillərdir əhəmiyyətli ortaq mədəni irsi, yazın gəlişini simvolizə edən Novruz bayramı münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirik. Bu bayram bütün dünyada sülhə, qardaşlığa, birliyə, həmrəyliyə yol açsın”, – paylaşımda qeyd edilib. https://twitter.com/Turkic_States/status/1770345703031689677/photo/1?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1770345703031689677%7Ctwgr%5E39a50da533d38d28919a7c1bb0021f79118d5498%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Ftdt-novruz-bayrami-munasibetile-turk-dunyasini-tebrik-edib%2F
Read More »Tahir Mirkişili Avronest PA-nın komitə sədri seçilib, sədrlik Azərbaycana keçib
Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. Boyukmillet.com-un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib, yeni komitə sədrləri seçilib və növbəti məruzələrin mövzuları müəyyən edilib. Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclasında sədrlik növbəti 1 il üçün Azərbaycana keçib. Komitənin sədri …
Read More »Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları, yaxud 1,17 % artaraq 89,57 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 87,38 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …
Read More »Azərbaycanın təklifi ilə Avronest PA-da “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi məruzədən çıxarılıb
Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə “Dondurulmuş Dağlıq Qarabağ münaqişəsi” ifadəsi çıxarılıb. “Report”un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib və növbəti məruzələrin mövzuları müəyyən edilib. Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə regional təhlükəsizlik məsələləri öz əksini tapıb. Azərbaycan nümayəndə heyətinin təklif etdiyi …
Read More »Ermənistan parlamenti Azərbaycanla sərhəddə Aİ missiyasının statusu haqqında razılaşmanı ratifikasiya edib
Ermənistan parlamenti İrəvanla Avropa İttifaqı (Aİ) arasında Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında razılaşmanı ratifikasiya edib. Boyukmillet.com bu barədə TASS-a istinadən xəbər verir. Bildirilib ki, 57 deputat sənədin lehinə səs verib, əleyhinə isə heç bir səs verilməyib. 27 deputat bitərəf qalıb. Qeyd edilib ki, razılaşma Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini tənzimləyir, missiyaya və onun şəxsi heyətinə şamil edilir və …
Read More »Mehriban Əliyeva Novruz bayramı ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Novruz bayramı ilə bağlı paylaşım edib. “Report” xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər!Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc, səadət və uzun ömür arzulayıram! Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi …
Read More »Makron narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə əməliyyatına başlandığını elan edib
Fransa Prezidenti Emmanuel Makron narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələlərini müzakirə etmək üçün Marselə səfəri zamanı ölkədə polis əməliyyatının başladığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransa Prezidenti “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb. “Marseldə və Fransanın digər şəhərlərində biz narkotiklərin qanunsuz dövriyyəsinə son qoymaq və respublika qayda-qanunlarını təmin etmək üçün əməliyyata başlamışıq”, – o bildirib.
Read More »Rusiya Stoltenberqin Cənubi Qafqaza səfərindən narahatdır
“NATO-nun öz təsirini hansısa yolla genişləndirmək cəhdləri, çətin ki, Qafqaza sabitlik gətirsin” Rusiya NATO-nun Qafqazda mövcudluğunu genişləndirmək cəhdlərinin regiona sabitlik gətirəcəyinə inanmır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun Baş katibi Yens Stoltenberqin Qafqaza səfərini şərh edərkən bildirib. Onun sözlərinə görə, NATO-nun Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün ümumi istəkləri Kremlə yaxşı məlumdur və necə deyərlər, adi gözlə görünür: “Həmçinin …
Read More »Türkiyənin səfiri ilaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb. “19 Mart Torpaq çərşənbəniz mübarək! Süfrəniz bol, ruzi-bərəkətli olsun! Üzünüzdən sevinc əskik olmasın!”, – diplomat qeyd edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar