Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycan lideri: Ermənistanın bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi

Sonuncu antiterror əməliyyatından sonra hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə etdik ki, onların dəyəri bir milyard dollara yaxın idi. İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın idi. Boyukmillet.com  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. …

Read More »

Prezident Bakı Forumunun iştirakçılarını Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi barədə məlumatlandırıb

Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlət başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb. Azərbaycan Prezidenti forum iştirakçılarına, həmçinin …

Read More »

MŞ mışıl-mışıl yatıb

Jurnalist Sima Babayeva öz “facebook” səyfəsində Samir Adıgözəlliyə qarşı laqeyd yanaşılan bəzi media nümayəndələrinə fikrini bildirib. Boyukmillet.com həmin yazını olduğu kimi təqdim edir: Xəbər verdiyimiz kimi İstanbulda Boyukmillet.com xəbər saytının təsisçisi Samir Adıgözəlliyə hücum olunmuşdu. Bu haqda məlumat vermişdim. Hadisə barədə ətraflı şəkildə Samir bəy özü açıqlama verəcəkdi, amma o xəstəxanadan çıxanda vəziyyəti qəfil pisləşib və yenidən klinikada həkim nəzarətinə …

Read More »

Azərbaycan nefti yenidən bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,81 ABŞ dolları, yaxud 0,95 % artaraq 86,69 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 84,18 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …

Read More »

TDT-nin Baş katibi: Türk dövlətləri arasında münasibətlərin dərinləşdirilməsi əsas prioritetdir

Türk dövlətləri arasındakı münasibətlərin daha da dərinləşdirilməsi bizim əsas prioritetlərimizdən biridir. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. “Türk dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsi üçün hər birimiz əlimizdən gələni etməliyik. TDT qurulduğu gündən …

Read More »

Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan gimnastı Selcan Mahsudova Niderlandın Alkmaar şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib. Boyukmillet.com-un məlumatına görə, o, batut gimnastikası üzrə yarışın həlledici mərhələsində iştirak hüququ qazanıb. Qeyd edək ki, Azərbaycan millisi Niderlanda 4 gimnastla yollanıb. Selcan Mahsudova ilə yanaşı, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev də Dünya Kubokunda mübarizə aparırlar.

Read More »

XI Qlobal Bakı Forumu işə başlayıb, İlham Əliyev tədbirdə iştirak edir

Bu dəqiqələrdə Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilir. Boyukmillet.com-un xəbərinə görə, dövlət başçısı tədbirdə iştirak edir. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun …

Read More »

ABŞ hökuməti nüvə sınaqlarını bərpa etməyə ehtiyac görmür

ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) mütəxəssisləri Vaşinqtonun indi nüvə sınaqlarını bərpa etməyə ehtiyac duymadığını hesab edirlər. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında fəaliyyət göstərən NNSA-nın rəhbərinin birinci müavini Frenk Rouz bildirib. “Amerika qanunlarına görə, prezident bizə göstəriş verərsə, biz nüvə sınaqlarına hazırlığımızı saxlamalıyıq, lakin NNSA hesab edir ki, nüvə arsenalımızın idarə edilməsinə sərmayələrimizi …

Read More »

“Neftçi” Azərbaycan çempionatında 11-ci qələbəsini qazanıb  

Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib. Boyukmillet.com xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan turun açılış oyununda “Neftçi” və “Gəncə” klubları üz-üzə gəliblər. Pley-off zonasında qərarlaşan “Neftçi” rəqibi üzərində 97:62 hesablı rahat qələbəyə sevinib. Bu, Bakı təmsilçisinin çempionatda 11-ci qələbəsi olub. Ən məhsuldar basketbolçular “Neftçi”dən DiAncelo Stüart (17 xal, 7 ribaund), “Gəncə”dən İrşad Hant (19 xal, 11 ribaund) …

Read More »

Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Albaniya Respublikasının Prezidenti Bayram Beqay XI Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslər qarşıladılar.

Read More »