Çərşənbə axşamı , 7 Aprel 2026

autor

BQXK Bakıda həbsdə olan erməni separatçılara baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları fevralın sonunda Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər. Bu barədə “Report”un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb. “Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə …

Read More »

Azərbaycan və Gürcüstan Kür çayı hövzəsinin mühafizəsi üçün fəaliyyət planı hazırlayıb

Kür çayı hövzəsinin mühafizəsi və su ehtiyatlarının dayanıqlı idarə edilməsi məqsədilə Azərbaycan və Gürcüstan arasında Birgə Fəaliyyət planı hazırlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, Fəaliyyət Planında Kür çayına qoşulan kiçik çayların keyfiyyət və kəmiyyət göstəricilərinin və Kür çayı hövzəsində daşqın və quraqlıq risklərinin qiymətləndirilməsi nəticələrinin mübadiləsi, habelə …

Read More »

Rusiyanın Komi bölgəsindən Azərbaycana ekspress yük qatarı göndərilib

Rusiyanın Komi bölgəsindən Azərbaycana, buradan isə İrana hərəkət edəcək ilk müntəzəm ekspress yük qatarı göndərilib. Boyukmillet.com bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, qatarla əsasən bölgədəki 10 ağac emalı müəssisəsinin məhsulları daşınır. Bu, xüsusilə kiçik və orta biznes üçün əlverişlidir. Yeni xidmətin işə salınması xüsusən uzun məsafələrə çatdırılma zamanı nəqliyyat xərclərini azaltmağa imkan verəcək. Bu il ayda bir …

Read More »

Şəhid ailəsinin üzvləri özəl universitetlərdə pulsuz təhsil alacaqlar

Şəhid ailəsinin üzvləri özəl universitetlərdə pulsuz təhsil alacaqlar. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir. Layihə sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, “Təhsil haqqında” qanunda maddənin yeni redaksiyada verilməsi və mövcud …

Read More »

Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-da Türkiyəyə rəsmi səfərə gedib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində müdafiə nazirinin qardaş ölkədə görüşləri, eləcə də Türkiyənin bir sıra hərbi obyekt və müəssisələrini ziyarəti planlaşdırılır.

Read More »

Azərbaycan BMT-yə üzvlük haqqını tam ödəyib

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib. “Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycan ötən illərdə olduğu kimi BMT-nin büdcəsini formalaşdıran üzvlük haqqını ödəyən ilk ölkələr sırasında yer alıb. Bu günə qədər ölkəmizlə yanaşı BMT-yə üzv olan 75 dövlət beynəlxalq təşkilata üzvlük haqqını tam ödəyib. Qeyd edək ki, BMT-nin büdcəsi təşkilata üzv …

Read More »

Qərb Rusiyanın aktivlərindən əldə edilən 15 milyard avro gəliri müsadirə etməyə ümid edir

Avropa Komissiyası (AK) 2027-ci ilə qədər Rusiya Mərkəzi Bankının Avropa İttifaqında dondurulmuş 208 milyard avroluq aktivlərinin yenidən investisiyasından əldə edilən 15 milyard avro gəliri müsadirə etməyə ümid edir. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reynders Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib. “Avropada 208 milyard avroluq Rusiya dövlət aktivləri və bu ölkənin Mərkəzi Bankının aktivləri bloklanıb, onların …

Read More »

Azərbaycanın üzləşdiyi mina təhlükəsi Britaniya parlamentində

Böyük Britaniya Parlamentində Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə bağlı məlumatlılığın artırılması məqsədi ilə tədbir keçirilib. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib. Britaniya Parlamentində fəaliyyət göstərən Partlayıcı Qurğulardan Qaynaqlanan Təhlükələr Qrupu və mina qurbanlarına uzunmüddətli dəstək məsələlərini təşviq edən REVIVE adlı qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil etdiyi tədbir “Azərbaycanda Mina Fəaliyyəti və …

Read More »

ABŞ-də ermənipərəst senator Menendesə daha bir ittiham irəli sürülüb

Korrupsiyada ittiham olunan, ermənipərəst mövqe ilə seçilən Nyu-Cersi senatoru Robert Menendes ədalət mühakiməsinə mane olmaqda ittiham olunub. Boyukmillet.com xəbər verir ki, Nyu-Yorkun Cənub Dairəsi məhkəməsində dərc edilən yenilənmiş hesabatda senatora və onun həyat yoldaşına qarşı əvvəllər irəli sürülən bütün ittihamlarla yanaşı ədalətə mane olmaqla bağlı yeni ittihamlar yer alıb. Əlavə ittihamlar mayın 6-na təyin edilmiş məhkəmənin keçirilmə tarixinə təsir etməyəcək. Qeyd …

Read More »

XİN başçısı: Azərbaycan Qəzza zolağında gərginliyin azaldılması səylərini alqışlayır

Azərbaycan Qəzza zolağında vəziyyətin gərgin olaraq davam etməsindən ciddi narahatdır. Boyukmillet.com Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının martın 5-də Ciddədə keçirilən növbədənkənar iclasında deyib. C.Bayramov çıxışında İsrail-Fələstin münaqişə bölgəsində mövcud vəziyyətin, mülki əhali arasında davam edən itkilərin, Qəzza bölgəsindən insanların …

Read More »