Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, keçirilən əməliyyatlar zamanı rayon sakinləri – Elşən Hüseynov və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Səbuhi Cəfərov saxlanılıblar. E.Hüseynovun üzərindən marixuana, S.Cəfərovdan isə heroin aşkar edilərək götürülüb. Araşdırmalar davam …
Read More »Bolqarıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu və nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Rauf Əliyev və …
Read More »Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, eləcə də Hərb Tarixi Muzeyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan İlyas Cabbarov və Əkrəm Şadmanovun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər.Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi …
Read More »XİN: Ermənistan müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir
Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır, müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” səhifəsində paylaşım edib. Qeyd edilir ki, bu gün partlayış nəticəsində 29 yaşlı mülki şəxs ağır yaralanıb. Ümumilikdə 2020-ci ilin noyabr ayından indiyədək 346 azərbaycanlı qurban olub.
Read More »Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq
Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Martın 4-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı ehtimalı var.
Read More »Türkiyə XİN rəhbəri Rusiya və Ukraynaya sülhlə bağlı çağırış edib
Rusiya və Ukrayna qarşıdurmada hərbi imkanların həddinə çatıb, ona görə də sülhlə bağlı dialoqa başlamaq lazımdır. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib. “Bizim mövqeyimiz ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla əldə edilə biləcək həddinə çatıb. Hesab edirik ki, indi atəşkəslə bağlı dialoq aparmağın vaxtı …
Read More »Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında sülhün qurulması üçün mühüm vasitə ola bilər
Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər. Boyukmillet.com xəbər verir ki, bunu III Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib. “Avrasiyada əməkdaşlığın yeni dinamikası” sessiyasında çıxış edən E.Əmirbəyov bildirib ki, post-münaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə …
Read More »Ağdamda minaya düşən şəxs əməliyyat olunur, vəziyyəti ağırdır
Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində minaya düşərək yaralanan Bəxtiyar Abbasov Bərdə Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Bu barədə “Report”un Qarabağ Bürosuna yaralının yaxınları məlumat verib. Qeyd olunub ki, hazırda əməliyyatda olan Bəxtiyar Abbasovun vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, martın 3 – də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlunun mina partlayışı nəticəsində …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Boyukmillet.com nazirliyə istinadən icmalı təqdim edir:
Read More »Türkiyəli iş adamları təhdidlərə görə ABŞ rəsmilərini məhkəməyə verəcək
Türkiyədə olan bir sıra iş adamları Rusiya ilə ticarət etdiklərinə görə onları sanksiyalarla hədələyən ABŞ rəsmilərini məhkəməyə verməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti yazıb. Qeyd olunub ki, Amerikanın Ankara və İstanbuldakı səfirliyi və baş konsulluğunun diplomatları Türkiyə şirkətlərini və maliyyə qurumlarını Rusiya ilə ticarət əlaqələri ilə bağlı hədələyirlər. “Müsahibə aldığımız türkiyəli iş adamları şirkətlərə və maliyyə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar