Azərbaycan tərəfindən olan həmkarlarımızla daimi dialoqumuz var və onlar Azərbaycan, Ermənistan, Rusiya arasında olan üç tərəfli razılaşmalarda olan məsələlərin həll edilməsinin tərəfdarı olduqlarını təsdiq edirlər. Boyukmillet.com-un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib. S.Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafı razılaşmaların necə reallaşdırılacağından asılıdır. “Münasibətlərdə inkişaf …
Read More »Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 1-də Xankəndi şəhəri ərazisində 15 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd pulemyot, 1 tapança, 2 tüfəng, 22 ədəd qumbara, 12 alışdırıcı, 46 patron darağı, 1655 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq …
Read More »Prezident: 10 ilə bərpaolunan enerjidən maksimum istifadə edib, daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq
Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib. Dövlət başçısı qeyd edib: “Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili …
Read More »Ceyhun Bayramov: Ermənistan qızışdırıcı bəyanatlar verməkdən çəkinməlidir
Ermənistan Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “X” hesabında yazıb. O, Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşdüyünü, onunla regional və beynəlxalq hadisələr barədə danışdığını qeyd edib.
Read More »Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdən 10 faizə düşüb
Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96 faizdan 10 faizə düşüb və bu, Rusiyanın seçimi olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Birinci kanal”a müsahibəsində söyləyib. “Müqavilələr imzalanıb, amma yerinə yetirilməyib. Üstəlik Ukraynadakı müharibəni tez-tez vurğulayırlar, lakin bu müqavilələr 2021-ci ilin əvvəlində imzalanıb, 1 ildən çox müddətə çatdırılmayıb və müharibə başlayandan sonra da çatdırılmayıb. Bu, …
Read More »İrəvan: XİN başçılarının Berlin görüşündə danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almaniyanın paytaxtı Berlində keçirilmiş görüşündə danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Birinci Kanal”a müsahibəsində söyləyib. Onun sözlərinə görə, hazırda yalnız ilkin nəticələr var və tezliklə sülh sazişinin imzalanması məqsədilə onların daha da uyğunlaşdırılması istiqamətində iş aparılır.
Read More »Ceyhun Bayramov Toyvo Klaara Bakının sülh prosesi ilə bağlı mövqeyini bildirib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı sosial şəbəkədə bildirib. “Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyini bir daha vurğuladım”, – Ceyhun Bayramov görüşə dair qeyd edib. Xatırladaq ki, martın 1-də start …
Read More »Azərbaycan və Moldova neft-qaz sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan və Moldova arasında energetika sahəsində, o cümlədən neft və qaz sənayesində əməkdaşlıq genişləndirilir. Boyukmillet.com Azərbaycan Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəfin Moldovanın energetika naziri Viktor Parlikov ilə keçirilən görüşdə bildirilib. Görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşmasının Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb. Ölkələr …
Read More »Türkiyə və Ermənistan XİN başçıları münasibətləri tam normallaşdırmağa hazır olduqlarını təsdiqləyiblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ermənistanlı həmkarı Ararat Mirzoyan Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutmuş görüşdə iki ölkə arasında münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqlarını təsdiqləyiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Martın 1-də Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan …
Read More »Ceyhun Bayramov “Türk Dünyasında İnstitutlaşma” panelində çıxış edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitutlaşma: XXI əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” mövzusunda keçirilmiş panel müzakirələrində çıxış edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Nazir Ceyhun Bayramov TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu və ölkə başçısının ötən günlərdə baş tutmuş tarixi andiçmə mərasimində qeyd etdiyi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar