Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Respublika Narkoloji Mərkəzinin baş direktoru və müavini həbs olunub – VİDEO

Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub. Bildirilib ki, Baş Prokurorluq tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, …

Read More »

XİN başçısı: Ermənistan sürətlə silahlanır, aqressiv ritorikasını davam etdirir

Ermənistanın sürətlə silahlanaraq aqressiv ritorikasını davam etdirməsi sülh prosesinə təhdid törədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşdə deyib. Nazir postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional sülh və sabitliyi təhdid edən çağırışlar …

Read More »

Azərbaycan və Türkiyə arasında imzalanmış protokol qonşu ölkədə qüvvəyə minib

Azərbaycan və Türkiyə arasında “Preferensial Ticarət Sazişi”ndə dəyişiklik edilməsi ilə bağlı imzalanmış protokol qonşu ölkədə qüvvəyə minib. Boyukmillet.com xəbər verir ki, bu barədə qanun “Resmi Gazete”də dərc olunub. Bildirilib ki, qanun dərc olunduğu gündən qüvvəyə minir. Xatırladaq ki, 2020-ci il fevralın 25-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin yenilənmiş variantına əsasən, tərəflər protokolda …

Read More »

Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırılıb

Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırılıb. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar martın 1-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş imzalanıb. Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın xarici işlər nazirinin müavini Besart Kadia imzalayıblar.

Read More »

Ərdoğan: Ermənistanla başlatdığımız normallaşma prosesini davam etdirəcəyik

Ermənistanla başlatdığımız normallaşma prosesini davam etdirəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, bu proses Azərbaycanla paralel olaraq aparılacaq: “Qarabağın 30 ildən sonra azad edilməsi nəticəsində münasibətlərin normallaşması üçün şərait yaranıb”.

Read More »

Almaniya XİN başçısı: Bakı ilə İrəvan arasında sülh yolunda atılan hər bir addım vacibdir

Bakı ilə İrəvan arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir. Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” sosial şəbəkəsindəki hesabında Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi layihəsi üzrə ikigünlük danışıqlara münasibət bildirərkən yazıb. “Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yolla gedir. Biz federal hökumət …

Read More »

BQXK Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı Ermənistanla dialoq aparır

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti orqanlarla konfidensial və ikitərəfli dialoq apardığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə BQXK-nin Bakı ofisinin “X” hesabında paylaşım edilib. “Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə rəftar və saxlanma şəraitinə nəzarət etmək və həmin şəxslərin ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir”,- paylaşımda vurğulanıb. Qeyd edək …

Read More »

Türkiyə-Azərbaycan Universitetinə tərəfdaş kimi cəlb olunacaq universitetlərin adları məlum olub

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaqlar. Boyukmillet.com xəbər verir ki, bunu media nümayəndələri üçün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, növbəti tədris ilindən universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata …

Read More »

Milli Məclis Avropa Parlamentinin illik hesabatını pisləyib

Azərbaycan Milli Məclisi Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda əksini tapan qərəzli, birtərəfli, beynəlxalq hüquq və ədalət anlayışları baxımından etinasız, laqeyd fikirləri kəskin şəkildə qınayır və buna qətiyyətlə etiraz edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisdən bildirilib. Qeyd olunub ki, uzun illər ərzində Avropa strukturlarının, xüsusən də Avropa …

Read More »

Lənkəran regional “ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib. Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müstəqil Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, Prezident İlham Əliyev tərəfindən dövlətçilik strategiyasının uğurla davam etdirildiyini vurğulayıb. YAP ərazi …

Read More »