Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. Qeyd edək ki, tərəflər arasında danışıqlar fevralın 28-də başlayıb.
Read More »Səfərbərlik Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib. Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78 əməkdaş, 2024-cü ildə isə 58 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə 6 fakt üzrə 26 nəfər …
Read More »Ombudsman müharibə veteranlarının təqaüdlərinin artırılmasını təklif edib
“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif olunur. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Qeyd olunub ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif edilir. Xatırladaq ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Read More »Mart ayına olan hava proqnozu açıqlanıb
Mart ayında hava şəraitində tez-tez dəyişiklik müşahidə olunacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Mart ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, …
Read More »Azərbaycandan kənarda sülhməramlı əməliyyatlarda həlak olan hərbçilərə şəhid statusunun verilməsi təklif olunur
Azərbaycandan kənarda sülhməramlı əməliyyatlarda həlak olan hərbçilərə şəhid statusunun verilməsi təklif olunur. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Məruzədə Azərbaycanın sülhməramlı kontingentinin tərkibində onun ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirak edərkən həlak olan və ya ölmüş elan edilən hərbi qulluqçulara şəhid statusunun verilməsi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin …
Read More »İlham Əliyev Macarıstanın yeni dövlət başçısını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoka təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Şuyok, Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. Qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün …
Read More »Ermənistanın yaşayış yerlərinə vurduğu ziyanın aradan qaldırılması üçün əlavə maliyyə ayrılması təklif edilir
Ermənistanın bir sıra yaşayış yerlərinə vurduğu ziyanın aradan qaldırılması üçün əlavə maliyyə vəsaitinin ayrılması təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən respublikanın bir sıra yaşayış məntəqələrinin, xüsusilə mülki əhalinin sıx məskunlaşdığı yerlərin, o cümlədən şəhər və rayon mərkəzlərinin raket atəşinə tutulması …
Read More »Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli Forum iştirakçıları. İlk növbədə, sizi XII Azərbaycan-Rusiya Regionlararası Forumunun açılışı münasibətilə təbrik etmək istərdim. Artıq yaxşı ənənəyə çevrilmiş bu tədbirin keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir. Bu formatda regionlararası forumlar artıq öz səmərəliliyini sübuta yetirib. Hakimiyyət …
Read More »Ötən gün vətəndaşlardan 15 silah götürülüb
Fevralın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 silah götürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, dünən 3 ədəd avtomat silahı, 1 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 460 ədəd müxtəlif çaplı patron təhvil alınıb. Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd …
Read More »Azərbaycan neftinin qiyməti 87 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları, yaxud 0,56 % azalaraq 86,61 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 83,54 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar