Bu gün axşam saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. Metronun “Qara Qarayev” stansiyasında hər iki istiqamət üzrə qatarların hərəkəti dayanıb. Sərnişinlərin Musavat.com-a bildirdiyinə görə, Koroğlu istiqamətinə getməli olan qatar “Qarayev” stansiyasında dayanıb və artıq 20 dəqiqədən çoxdur ki, hərəkət etmir. Qatarın stansiyada qaldığı və “Koroğlu”ya doğru irəliləmədiyi qeyd olunur. Eyni zamanda arxadan gələn digər qatar da stansiyaya çatıb və …
Read More »Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət
Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli pul yığımları, təminat problemləri, sosial sıxıntılar və narazılıqlara görə təzyiqlər barədə danışır. Mənbə bu şəraitdə baş verən intihar hadisələrinin təsadüfi olmadığını iddia edir. İki intihar: Qazax və Yevlaxda özünə atəş açma xəbərləri Anonim mənbənin Meydan TV-yə bildirdiyinə görə, 2026-cı il 2 yanvar tarixində DSX-nin Yevlax …
Read More »Ərdoğan Maduronun istefa verib Türkiyəyə gəlməsi ilə bağlı təklif iddialarını təkzib edib
Prezident Rəcəb Tayyib Ərdoğan Venesuelanın prezidenti Nikolas Maduronun istefa verib Türkiyəyə gəlməsi təklifi ilə bağlı iddiaları təkzib edib. Boyukmillet.com “Milliyyet”ə istinadən xəbər verir ki, Türkiyə lideri partiyasının bugünkü iclasından sonra bu mövzu ətrafında jurnalistin müvafiq sualını cavablandırıb. R.T. Ərdoğan “Maduroya Türkiyəyə getməsi təklif edilib” iddiası ilə bağlı suala “Bizə belə bir məlumat daxil olmayıb” cavabını verib. Xatırladaq ki, ABŞ rəsmiləri …
Read More »ABŞ Rusiya bayrağı altında üzən neft tankerinə nəzarəti ələ keçirib
Birləşmiş Ştatlar Böyük Britaniya yaxınlığında Atlantik okeanında Rusiya bayrağı altında hərəkət edən “Marinera” neft tankerinə nəzarəti ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə NBC mənbələrə istinadən məlumat yayıb. “Gəmi nəzarətə götürülüb və əməliyyata Daxili Təhlükəsizlik Nazirliyi rəhbərlik edir”, – nəşr qeyd edir. Adını “Bella 1″dən “Marinera”ya dəyişən gəmi keçən ay Venesuela sahilləri yaxınlığında ABŞ Sahil Mühafizəsinin təqibinə məruz qalmışdı. Əməliyyat …
Read More »Fərid İsmayılovdan Hikmət Hacıyevə: “Nə vaxt sözünüzə əməl edəcəksiniz?”
“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə açıq məktub yazıb. Məktubu olduğu kimi təqdim edirik: “Sizə COP-29 (BMT-nin iqlim konfransı) tədbirində verdiyim suallardan sonra Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) tərəfindən ard-arda təqib və təzyiqlərə məruz qaldım. Yekunda oğurlanaraq 6 ağır maddə ilə həbs olundum. Bu müddət …
Read More »Ramzan Kadırov ən gənc oğlunu Baş nazirin müavini təyin edib
Çeçenistan rəhbəri Ramzan Kadırov 20 yaşlı oğlu Əhmət Kadırovu Çeçenistan Baş nazirinin müavini təyin edib. O, eyni zamanda fiziki tərbiyə və idman naziri vəzifəsini də özündə saxlayır. OC Media yazır ki, Kadırov bu barədə “Telegram” kanalında məlumat verərək baş verənləri “kiçik kadr dəyişiklikləri” kimi xarakterizə edib. Onun sözlərinə görə, təyinatlar Çeçenistanın Baş naziri Məhəmməd Daudovun tövsiyəsi əsasında həyata keçirilib. Eyni zamanda Milli Siyasət, Xarici …
Read More »Xəzər Dəniz Gəmiçiliyinə məxsus beş gəmi sanksiyalara məruz qalıb
2025-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) məxsus və ya onunla birgə mülkiyyətdə olan ümumilikdə beş gəmi Rusiyaya aid xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb. Bu barədə ASCO-nun illik hesabatında deyilir. Bildirilir ki, şirkətin birgə müəssisəsi olan “SA Maritime AFZECO” vasitəsilə sahib olduğu üç gəmi Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyalarına düşüb. Məlumata əsasən, ASCO rəhbərliyi məsələ …
Read More »Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub
2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin olunub. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Xatırladaq ki, ötən ilin aprel ayından milli valyutada olan vahid xəzinə hesabının vəsaitlərinin hərrac üsulu ilə depozitlərə yerləşdirilməsinə başlanılıb. Bu mexanizmin tətbiqində əsas məqsəd dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə edilməsi və büdcə üçün əlavə …
Read More »Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib
İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də əkin sahələri ilə əvəzlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Xalq qəzeti”inə müsahibəsində deyib. Onun sözlərinə görə, hərbi kəşfiyyat peyklərinin arxiv təsvirlərinin və müasir yüksək ayırdetmə qabiliyyətli peyk görüntülərinin sistemli şəkildə təhlilləri ilə indiki …
Read More »Yaşar Gülər PKK, PYD, YPG və SDQ-dən silahı yerə qoymağı tələb edib
PKK və onunla əlaqəli bütün qruplar ləğv qərarı çərçivəsində Suriya daxil olmaqla, olduqları bütün bölgələrdə dərhal bütün terror fəaliyyətlərinə son qoymalı və şərtsiz olaraq silahlarını təslim etməlidirlər. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirlkdə təşkil edilən “Medal Təqdimetmə, Uğurlu Birlik və Personalın Mükafatlandırılması Mərasimi”ndə bildirib. Onun sözlərinə görə, başda PKK, PYD, YPG və “Suriya Demokratik …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar