Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Ermənistan DİN Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqləyib

Ermənistan Daxili İşlər Nazirliyi Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumdan bildirilib. Ermənistan tərəfi onu qətldə ittiham etsə də, söhbətin hansı hadisədən getdiyini açıqlamayıb. Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı bu gecə Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.

Read More »

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb – SƏRƏNCAM

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Məqsəd Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsidir. Sərəncamla Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Nazirlər Kabinetinə qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib …

Read More »

Azərbaycan XİN Kamil Zeynallının Rusiyada saxlanılması məsələsini nəzarətə götürüb

Azərbaycanlı fitnes ustası Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

Read More »

Xankəndidə daha 27 silah tapılıb

Fevralın 20-də Xankəndi şəhəri ərazisində 27 silah tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən gün 17 ədəd müxtəlif markalı avtomat silahı, 5 tapança, 5 tüfəng, 73 ədəd qumbara, 72 alışdırıcı, 68 ədəd patron darağı, 4821 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Read More »

Azərbaycanın yeddi vətəndaşı Suriyadan Vətənə gətirilib

Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşı Vətənə repatriasiya edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək onların Türkiyə ərazisinə keçidi təşkil olunub. İraq və Suriyadan …

Read More »

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün yağlı tikə olan açıq qazanc mənbəyi rolunda çıxış edir. Paytaxt məktəblərində rüşvət açıq şəkildə, heç kimdən çəkinmədən toplanılır. Bunu müxtəlif adlar altında həm valideyn komitələrinin, həm də müəllimlərin əli ilə yığırlar. İl ərzində müxtəlif tədbirlər adı ilə yığılan pulları şagird sayına vuranda, gözümüzün önündə korrupsiya …

Read More »

Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycanla bağlı AŞPA-ya müraciət edib

Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədrinə Azərbaycanla bağlı məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Məclisindən məlumat verilib. Qeyd edilib ki, Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktubunda AŞPA-nın sessiyası zamanı Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul edilmiş qətnaməyə toxunulur. Bildirilir ki, bu cür sərt qərarlar AŞPA-nın Azərbaycanla və Cənubi …

Read More »

İsmayıllı sakini odlu silahı polisə təhvil verib

Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakini qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Read More »

Ersin Tatar: Azərbaycan dövləti və xalqının Şimali Kiprə olan doğma münasibətini hər zaman hiss edirik

Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan dövlətinin və xalqının Şimali Kipr Türk Cümhuriyyətinə olan doğma münasibətini hər zaman hiss edirik. Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib. Ersin Tatar, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində onu Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə dəvət etməsinə görə dövlət başçısına minnətdarlığını …

Read More »

Emin Amrullayevin zarafatı

Məktəbli qızlarla bağlı yaşanan hadisəyə məktəb direktorunun açıqlaması rüsvayçılıqdan başqa bir şey deyildi. Əslində bu açıqlama məktəb direktorunun deyil, nazir Emin Amrullayevin ölkə ictimaiyyəti ilə zarafatı idi. Hamımız bilirik ki, məktəb direktoru öz başına o açıqlamanı verə bilməzdi. Heç şübhəsiz ki, xanım direktor nazirliyin “belə de” sifarişini yerinə yetirib. Yazıqlar olsun…. Bu hadisə zamanı təkcə şiddət görən alınına yumurta çırpılan, …

Read More »