Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Ötən gün vətəndaşlardan 19 silah, 5 qumbara götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 19 silah, 5 qumbara götürüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, fevralın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd qumbara, 15 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 83 ədəd patron təhvil götürüblər. Həmçinin, ötən gün keçirilən əməliyyat …

Read More »

Xankəndidə avtomat və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat və qumbaralar aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 13-də Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 7 ədəd qumbara, 4 alışdırıcı, 50 ədəd patron darağı, 1770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Read More »

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,32 ABŞ dolları, yaxud 1,53 % artaraq 87,90 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 82,66 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …

Read More »

Ermənistan BXQK-nın baş çəkdiyi 33 Azərbaycan vətəndaşının meyitini qaytarmayıb

Ermənistan I Qarabağ müharibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəsmi qeydiyyatında olan və əsirlikdə öldüyü bildirilən 33 nəfərin meyitini Azərbaycana qaytarmayıb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib. 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci …

Read More »

Azərbaycan antiterror əməliyyatından sonra 173 nəfərin meyitini Ermənistana təhvil verib

Azərbaycan keçən il 19-20 sentyabrda həyata keçirdiyi antiterror əməliyyatından sonra 173 nəfərin meyitini taparaq Ermənistana təhvil verib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Qeyd olunub ki, Dövlət Komissiyası Ermənistanın eyniadlı qurumunun hərbi əməliyyatlarda itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində əməkdaşlığa hazır olması barədə mətbuata verdiyi açıqlamanı müsbət qarşılayır və hər zaman olduğu …

Read More »

Ağ Ev Nümayəndələr Palatasına Ukrayna və İsraillə bağlı çağırış edib

Senat tərəfindən Ukrayna, İsrail və ABŞ-ın digər müttəfiqlərinə yardım haqqında qanun layihəsi ölkənin milli maraqlarına uyğundur, ona görə də Nümayəndələr Palatası da onu təsdiqləməlidir. Boyukmillet.com “The Hill” nəşrinə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts bildirib . “Nümayəndələr Palatası ABŞ və NATO-nun milli təhlükəsizliyinin yanında olmalıdır. Maraq və dəyərlərimizə qarşı səs verməklə ABŞ-ın milli təhlükəsizliyini …

Read More »

Rəsmi Bakı Cozep Borrellin iddialarına sərt münasibət bildirib

13 fevral tarixində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik. Boyukmillet.com-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. “Ali nümayəndə Cozep Borrellin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, Ermənistanın hərbi təxribatına göz …

Read More »

Yardımlıdan Bakıya 53 kiloqram narkotik gətirmək istəyənlər saxlanılıb – FOTO

Yardımlıdan paytaxta 53 kiloqram narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Dəryavar kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Ramin Paşayev və Dəyanət Quliyev saxlanılıblar. R.Paşayevin idarə etdiyi “Vaz 21074” markalı avtomobilin yük yerinə keçirilən baxış zamanı 42 …

Read More »

ABŞ Ermənistan və Azərbaycana çağırış edib

Biz itkilərlə nəticələnən hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, gücdən istifadə danışıqlara xələl gətirir: “Davamlı sülhə aparan yeganə yol danışıqlar masasından keçir. Atəşkəs rejiminin pozulması hallarını araşdırmaq və müvafiq tədbirlər görmək lazımdır. Dövlət katibinin …

Read More »

Fransa 28 İsrail vətəndaşına ölkəyə girişi qadağan edib

Fransa hökumət orqanları fələstinli mülki şəxslərə qarşı hücumlarda iştirak edən 28 İsrail vətəndaşının ölkə ərazisinə girişini qadağan edib. Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin məlumatında bildirilib. “Fransa İordan çayının qərb sahilində fələstinli mülki şəxslərə qarşı zorakılıq aktlarında iştirak edən ekstremist İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib. Bu qərara əsasən, 28 israillinin Fransa ərazisinə daxil …

Read More »