Fevralın 12-nə qədər Azərbaycan və Türkiyədən Rusiyaya 20 milyona yaxın yumurta ixrac edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. Bildirilib ki, fevralın 5-dən 12-dək Rusiyaya sonrakı satış üçün “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə Azərbaycandan 2,4 milyon, Türkiyədən isə 4,1 milyon ədəd ərzaq yumurtasının növbəti partiyası daxil olub.
Read More »Paytaxtda taksi sürücüsü və daha bir nəfərdən 14 kiloqram narkotik aşkarlanıb
Bakının Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Məmmədov və Ramin Səbbaqini saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. O.Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən 12 kiloqram, o cümlədən 3 kiloqram heroin, 2 kiloqram metamfetamin, 7 kiloqram marixuana və 350 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. R.Səbbaqinin …
Read More »Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar İlham Əliyevə zəng edərək təbrik edib
Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ŞKTC Prezidentinin Mətbuat Xidməti məlumat verib. Prezident Ersin Tatar 5-ci dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyevlə telefon danışığı olub. Prezident Ersin Tatar “prezident seçkilərində qazandığı qələbəyə görə” Azərbaycan Prezidenti İlham Əliyevi öz adından və Kipr Türk xalqı adından təbrik edib …
Read More »Peter Mixalko Azərbaycan XİN-ə çağırılıb, Aİ-yə xəbərdarlıq olunub
Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyəti ciddi narahatlıq doğurur. Boyukmillet.com-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkoya bildirilib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd …
Read More »Ağdamda evin zirzəmisindən silah-sursat tapılıb
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirilən tədbirlər zamanı evlərin birinin zirzəmisindən silah-sursat aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayı evinin zirzəmisindən 6 ədəd avtomat, 1 ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam …
Read More »Sabah prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək
Növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı fevralın 13-də Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək. Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib. Bildirilib ki, iclas saat 11:00-a təyin edilib. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasda bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham …
Read More »Ötən il Bakıda tarixi abidələrə 400-dən çox qanunsuz müdaxilə olub – RƏSMİ
Ötən il ərzində paytaxtda yerləşən abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 400-dən artıq reklam lövhəsi, eləcə də digər müdaxilə halları müəyyən olunub. Bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, müəyyən olunmuş qanunsuz müdaxilələr və yol verilmiş nöqsanlar aradan qaldırılıb. Nöqsanların böyük hissəsi …
Read More »Xocavənd, Tərtər və Goranboyun minalanmış əraziləri barədə məlumatlar təqdim edilməyib – RƏSMİ
Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% …
Read More »Ermənistan azad edilmiş ərazilərdə mina sahələrinə dair formulyarları Azərbaycana verib
Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir. ANAMA vurğulayıb ki, normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və …
Read More »Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edilib
Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edilib. Boyukmillet.com xəbər verir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Əliyev Yusif Sultan oğlu barədə həbs qətimkan tədbiri seçildiyi məlum olub. Yusif Əliyevə elan edilmiş ittihama əsasən, onun “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar