Qarabağ Regional və Gənclər İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa UGİM və “Ocaq Sport” klubunun birgə təşkilatçılığı ilə 2015, 2016 və 2017-ci il təvəllüdlü qızlar arasında bədii gimnastika üzrə rayon birinciliyi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Olimpiya İdman Kompleksində reallaşan yarışda 20 gimnast iştirak edib. 2015 təvəllüdlü idmançılar alətlə, digərləri alətsiz çıxış ediblər. Turnirin keçirilməsində məqsəd kiçik yaşlı uşaqlar arasında …
Read More »Goranboyda müxtəlif cinayətləri törətməkdə şübhəli bilinən 15 nəfər şəxs saxlanılıb
Polis əməkdaşları Goranboyda müxtəlif cinayətləri törətməkdə şübhəli bilinən 15 nəfəri saxlayıb. Bu barədə “Report”un Qərb bürosuna Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-fevral ayları ərzində rayon ərazisində keçirilən əməliyyatlar-profilaktiki tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərər vurma, və digər cinayətlər …
Read More »Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 7 % azalıb
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 473,728 milyon manat təşkil edib. Boyukmillet.com DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % azdır. Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 12,3 % artaraq 136,952 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 13,9 % azalaraq 314,878 milyon manat, aksizlər üzrə daxilolmalar 24,7 % artaraq 18,507 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 23,7 % azalaraq 3,392 milyon manat olub.
Read More »Həftəsonu vətəndaşlardan qumbara və avtomat götürülüb
Polis əməkdaşları həftəsonu vətəndaşlardan qumbara və avtomat götürüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Fevralın 10-da və 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 2 alışdırıcı, 5 ədəd müxtəlif markalı tüfəng və 7 patron təhvil götürüblər. Həmçinin, həftəsonu polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd …
Read More »DSX: Xəzər dənizində 14 kiloqramdan çox marixuana aşkarlanıb
Azərbaycanın dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir. Boyukmillet.com xəbər verir ki, fevral ayının 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Lənkəran reydində, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 14.2 mil məsafədə sənaye üsulu …
Read More »Sabirabadda narkotik vasitələrin dövriyyəsinə, qanunsuz odlu silah saxlayanlara qarşı əməliyyatlar keçirilib
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər quldurluq və narkotiklərə görə məhkum olunmuş Səid Zeynalov saxlanılıb. Onun üzərinə və yaşadığı evə keçirilən baxış …
Read More »Səfir: Moskva və Bakı Qarabağda sülhməramlılarla bağlı danışıqların tarixlərini razılaşdırırlar
Rusiya və Azərbaycan Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib. “Bizim sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”, – o deyib və Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin 2025-ci ildə …
Read More »Paşinyan: Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bildirib. “Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq”, – o qeyd edib. Siyasətçi …
Read More »Rusiya səfiri: Ermənistan Naxçıvana nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları ləngidir
Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları uzadır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib. Diplomat vurğulayıb ki, bu mövzu Azərbaycan tərəfi üçün çox vacibdir: “Bu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat marşrutunun, nəqliyyat yollarının olmasıdır. Birinci Qarabağ müharibəsi zamanı bütün əlaqələr kəsilib, Naxçıvanın elektroenerji ilə təchiz …
Read More »Küveyt Dövlətinin Əmiri və Baş naziri Prezident İlham Əliyevi təbrik edib
Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Küveyt Xəbər Agentliyi (KUNA) məlumat yayıb. Məlumatda bildirilib ki, Küveyt Əmiri Prezident İlham Əliyevə cansağlığı, Azərbaycana və onun dost xalqına sürətli inkişaf və çiçəklənmə arzulayıb. KUNA-nın digər bir xəbərinə görə, Küveyt Dövlətinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar