Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar aşkarlayıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Fevralın 8-də Xankəndi şəhəri ərazisində 11 ədəd avtomat silahı, 1 pulemyot, 1 ədəd qumbaraatan, 9 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd qumbara, 4 qumbara alışdırıcısı, 84 ədəd patron darağı, 10712 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Read More »

Göygöldə silah satmaq istəyən şəxs saxlanılıb

Polis əməkdaşları Göygöldə silah satmaq istəyən şəxsi saxlayıb. Bu barədə “Report”un Qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq satış məqsədi odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Verdiyev rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə …

Read More »

ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

ATƏT-in Baş katibi Helqa Maria Şmiddən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə Sizə müvəffəqiyyətlər arzu etmək istərdim. Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen …

Read More »

TÜRKSOY-un Baş katibi İlham Əliyevi təbrik edib

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram. Seçkilərdə Azərbaycan …

Read More »

Azərbaycan səfiri etimadnaməsini Seneqal prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Mərakeş Krallığında və eyni zamanda, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov etimadnaməsini Seneqal prezidenti Maki Salla təqdim edib. Ölkəmizin Mərakeşdəki səfirliyindən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Maki Salla çatdıran səfir Nazim Səmədov və onu COP29-da iştirak məqsədilə dövlətimizin başçısının adından Bakıya səfərə dəvət edib. Səfir Azərbaycanın Seneqal üçün dost ölkə olduğunu vurğulayıb. Seneqal Prezidenti dəvətə …

Read More »

Putin: “Qlobal müharibə bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq”

“Rusiya Qərblə dialoqa hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiyanın nə Polşaya, nə Latviyaya, nə də digər bir dövlətə qarşı ərazi iddiası yoxdur: “Qlobal müharibə sağlam düşüncəyə ziddir, bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq”. “Rusiya Qərbə əməkdaşlıq və müttəfiqlik təklifi hesab edərək, SSRİ-nin dağılmasına könüllü razılıq verdi”, – …

Read More »

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür

Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. Boyukmillet.com xəbər verir ki, 1924-cü il fevralın 9-da Naxçıvan muxtariyyət statusu alıb. Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan …

Read More »

Vətəndaş Həmrəyliyi Partiyası İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib

Müstəqil Azərbaycanın siyasi tarixində ən böyük seçki təcrübəsinə malik olan Vətəndaş Həmrəyliyi Partiyası ölkəmizdə keçirilən bütün seçki və referendumlarda həm namizəd, həm də müşahidəçilərlə fəal şəkildə təmsil olunmuşdur. 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçirilən Prezident seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası öncədən Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini açıq şəkildə …

Read More »

Samir Adıgözəlli: “Yaxşı adam olmaq ayrı məsələdir, yaxşı diaspor sədri olmaq isə başqa bir məsələ”

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporunun sədri İlham Əhmədovun oğlu Kamal dostları ilə birlikdə Çerkessk küçələrində havaya atəş açıb. Bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.  Bildirilib ki, gənclər dostlarının toyunu qeyd ediblər və havaya avtomatlardan atəş açıblar. Bu hadisədən sonra güc strukturları Azərbaycan diaspor təşkilatı olan “Odlar Yurdu”nda yoxlamalara başlayıb. “Yerli Azərbaycan diasporunun rəhbəri İlham Əhmədovun oğlu Kamal Əhmədov …

Read More »

Rusiyada prezident postu uğrunda 4 namizəd mübarizə aparacaq

Rusiyada prezident postu uğrunda 4 namizəd mübarizə aparacaq. Boyukmillet.com  xəbər verir ki, məlumatı TASS yayıb. Bildirilib ki, Rusiya Liberal Demokrat Patiyasının sədri Leonid Slutskiy, Kommunist Partiyasının üzvü Nikolay Xaritonov, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, hazırkı Prezident Vladimir Putin və “Yeni insanlar” Partiyasının üzvü Vladislav Davankovun namizədliyi qeydiyyatdan keçib. Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.

Read More »