Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə növbədənkənar Prezident seçkilərinin müşahidəsi ilə əlaqədar dəvətə görə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, Can Min seçkilərin təşkilində ölkəmizə uğurlar arzulayıb. Baş katib seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə təşkilinin böyük məmnunluq doğurduğunu vurğulayıb. Görüş zamanı qarşı tərəf o cümlədən, hazırda xarici ölkələrdə yaşayan və fəaliyyət …
Read More »Qarabağ Universitetinin Nizamnaməsi təsdiq edilib
“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
Read More »AQC ARPA ilə əməkdaşlıq memorandumu imzalayacaq
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) İdarə Heyətinin sədri Günay Şahbazova ilə görüşüb. Görüşdə hər iki peşə birliyinin fəaliyyəti, mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlıq memorandumu imzalamaq qərarına gəlib. Memorandumun hazırlanması üçün işçi qrup yaradılıb. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Azərbaycan Respublikası Auditorlar Palatası (ARAP) …
Read More »Ceyhun Bayramov MDB-nin Baş katibi ilə prezident seçkilərinə hazırlıq məsələlərini müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinin müşahidəsi məqsədilə Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevi qəbul edib. XİN-dən verilən məlumata görə, görüş zamanı, MDB çərçivəsində gündəlikdə duran aktual məsələlər, əməkdaşlıq perspektivləri, habelə növbədənkənar Prezident seçkilərinin müşahidəsindən irəli gələn məsələlər müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın MDB ölkələri ilə ikitərəfli, o cümlədən Birlik çərçivəsində çoxtərəfli əməkdaşlığı …
Read More »Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Valettada maltalı həmkarı Lan Borg ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, tərəflərin müzakirə edəcəyi bir çox mövzu var: “Eyni zamanda Cənubi Qafqazla bağlı iki ölkə arasında koordinasiya da vacibdir”. “Vladimir Putinin səfəri zamanı …
Read More »Şəmkir Azərbaycanda ermənilərin ən çox yaşadığı rayondur – SİYAHI
1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Şəmkir rayonunda əhalinin sayı 216184 nəfər olub.Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.Şəmkir əhalisinin 109 242 nəfərini kişilər, 106 942 nəfərini qadınlar təşkil edib. Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Şəmkir şəhəri, Kür qəsəbəsi, Zəyəm qəsəbəsi, Çinarlı qəsəbəsi, Dəllər qəsəbəsi, Səməd Vurğun qəsəbəsi.Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 76 yaş olduğu …
Read More »Məzahir Pənahov: “AŞPA-nın dəvət edilməməsinə MSK cavabdeh deyil”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbədənkənar prezident seçkilərini izləməsi üçün dəvət edilməməsinə Mərkəzi Seçki Komissiyası cavabdeh deyil. Boyukmillet.com-un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib. O xatırladıb ki, seçki qanunvericiliyinə əsasən, üç qurum beynəlxalq müşahidəçi dəvət edə bilər: “Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır: “Bu qurumların …
Read More »MSK: “37 ölkədə 49 seçki məntəqəsi yaradılıb”
37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Boyukmillet.com-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. “Həmin məntəqələrdə artıq 23 minə yaxın seçici siyahıya alınıb. Səsvermə günü öz məntəqəsində olmayan şəxs qeydiyyatdan çıxma sənədi ilə istədiyi yerdə səs verə biləcək. Bu, həm xaricdə, həm də ölkədə yaşayan seçicilərə aiddir”, – M.Pənahov vurğulayıb. Qeyd …
Read More »Seçkilərin ilkin nəticələrinin elan olunacağı vaxt açıqlanıb
Fevralın 9-da bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimailəşdiriləcək. Bu isə yenə də ilkin nəticə sayılacaq. Boyukmillet.com-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. “Yekunda isə Konstitusiya Məhkəməsinin qərarı olacaq. Bu qərar qətidir. Bundan sonra seçilən şəxs andiçmə keçirə biləcək”, – o qeyd edib. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda …
Read More »Sabah prezident seçkilərini 14 siyasi partiyanın 50 mindən çox müşahidəçisi izləyəcək
Sabah növbədənkənar prezident seçkilərini 14 siyasi partiyanın 50 mindən çox müşahidəçisi izləyəcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, siyasi partiyaların seçkilərdə iştirakı həmişə bütün dünyada maraq doğurur: “Sabahkı seçkilərdə 7 namizəddən 5-i siyasi partiyanı təmsil edir. 14 siyasi partiya isə namizədi olmasa da, müşahidəçi kimi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar