Çərşənbə axşamı , 7 Aprel 2026

autor

“Haber Global”: “Kahramanmaraşda Azərbaycan məhəlləsinin inşası bu ilin sonunadək başa çatacaq”

Ötən il fevralın 6-da baş vermiş zəlzələ nəticəsində böyük itki və dağıntı ilə üzləşən Türkiyənin Kahramanmaraş şəhərində salınan Azərbaycan məhəlləsinin inşasının il sonuna kimi başa çatması gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının zəlzələnin ildönümü ilə əlaqədar ərazidən hazırladığı xüsusi süjetdə bildirilib. Qeyd olunub ki, Heydər Əliyev prospekti ilə Azərbaycan prospektinin kəsişməsində yerləşən məhəllədə inşaat prosesinin …

Read More »

Bakıda “Gulca qətliamı” – Çin dövlətinin Uyğur Türklərinə qarşı siyasəti: qətliamlar və işgəncələr” mövzusunda dəyirmi masa keçirilib

Boyukmillet.com xəbər verir ki, 5 fevral 2024-cü il tarixində İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi insan hüquqları təşkilatının ofisində “Gulca qətliamı” – Çin dövlətinin Uyğur Türklərinə qarşı siyasəti: qətliamlar və işgəncələr” mövzusunda dəyirmi masa keçirilib. Mərkəzin rəhbəri hüquq müdafiəçisi Fikrət Cəfərli bildirdi ki, bu konfransın keçirilməsinin bir neçə məqsədi var. Bunlardan ən birincisi hələ 27 il əvvəl 5 fevral tarixində Şərqi Türküstanın – …

Read More »

Azərbaycan Prezidenti seçkiləri üzrə Ukrayna və Moldovada qeydiyyata alınan seçicilərin sayı açıqlanıb

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Ukrayna və Moldovada qeydiyyata alınan seçicilərin sayı bəlli olub. Boyukmillet.com xəbər verir ki, Ukraynada 600, Moldovada 100 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır. Azərbaycanın hər iki ölkənin paytaxtı – Kiyev və Kişineudakı səfirliklərində seçki məntəqələri yaradılıb. Seçicilər sabah – fevralın 7-də müvafiq olaraq məntəqələrində səs verə biləcəklər. Səsvermə həmin ölkələrdə yerli vaxtla 08:00-dan 19:00-a qədər keçiriləcək.

Read More »

Ceyhun Bayramov TDT-nin Baş katibi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TDT-nin Baş katibi Kubaniçbek Ömüraliyevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu baş katib “X” hesabında yazıb. “Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə görüşməkdən şərəf duyuram. Biz TDT-nin fəaliyyətini və Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyən Beynəlxalq Müşahidəçilər Missiyasına aid məsələləri müzakirə etdik”,- o bildirib.

Read More »

Türkiyədə məhkəmə binasına silahlı hücum olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Boyukmillet.com  “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib. Onun sözlərinə görə, hadisə zamanı 3-ü polis olmaqla 5 nəfər yaralanıb. Qeyd edilib ki, ölənlər hücum edən şəxslərdir.

Read More »

Tərtərdə minaya düşən şəxslərin son durumu açıqlanıb

Fevral ayının 4-5-də Tərtər rayonunda minaya düşən Həsənəli Əlizadə və Azər Məmmədovun son durumu açıqlanıb. “Report”un Qarabağ bürosu xəbər verir ki, hər iki yaralı hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında müalicə olunurlar. Həkimlər onların vəziyyətini orta ağır və stabil kimi dəyərləndirirlər. Qeyd edək ki, fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin …

Read More »

Seçkiləri müşahidə edəcək türk təşkilatları və ATƏT PA nümayəndələri Türkiyə səfirliyində olublar

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək türk təşkilatları və ATƏT PA nümayəndələri Türkiyənin Azərbaycandakı səfirliyində olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X”də yazıb. O bildirib ki, prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək Türkiyə Böyük Millət Məclisi (TBMM), Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), ATƏT PA və Parlamentlərarası Dostluq Qrupundan olan millət vəkilləri …

Read More »

Rusiya Ukraynaya S-300 raketi ilə hücum edib, ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələri bu gün səhər Ukraynanın Lvov vilayətinin Zoloçiv şəhərinə S-300 raketləri ilə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində iki aylıq körpə ölüb. Üç qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həmçinin, yeddi fərdi yaşayış evi, 19 mülki infrastruktur obyekti, iki inzibati bina və azı 5 mülki avtomobilə ziyan dəyib.

Read More »

Hərbi qulluqçuların aylıq vəzifə maaşları artırılıb – QƏRAR

Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri artırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərarlara dəyişikliklə bağlı Qərar imzalayıb. Qərarla Azərbaycan Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin. Hərbi qulluqçuların …

Read More »

Özbəkistan universitetlərində Azərbaycan dili fənninin tədrisinə başlanılıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uzun müddətli apardığı işlər nəticəsində qardaş ölkənin bir sıra aparıcı universitetlərində Azərbaycan dilinin tədrisinə başlanılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Filologiya fakültəsinin tələbələri üçün aparılan dərslərdə Azərbaycan əlifbası, dilimizin fonetika, lüğət və qrammatikası, onun öyrənilmə metodikası tədris olunur. Dərsləri Azərbaycandan …

Read More »