Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva işğaldan azad olunan ərazilərdəki seçki məntəqələrində yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, o, növbədənkənar prezident seçkiləri ərəfəsində vətəndaşların seçki hüququnun təmini də daxil olmaqla, seçki prosesi ilə bağlı ümumi vəziyyətin araşdırılması üçün işğaldan azad olunan ərazilərdə müşahidələr həyata keçirib. Xankəndi, Şuşa və Laçında yeni yaradılmış seçki məntəqələrində aparılmış müşahidələr zamanı …
Read More »BQXK Bakıda həbsdə olan erməni separatçılara baş çəkib
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvar ayının sonu və fevral ayının əvvəllərində Bakıda həbsdə olan erməniəsilli şəxslərə yenidən baş çəkiblər. Bu barədə “Report”un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb. Qeyd edək ki, BQXK mandatına uyğun olaraq …
Read More »Belarus ölkəmizdə ədliyyə sahəsində islahatlara və innovasiyalara maraq göstərir
Azərbaycan və Belarus Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair müxtəlif sahələri əhatə edən sənədlər, o cümlədən ötən ilin noyabrında ədliyyə naziri Fikrət Məmmədovun Belarusa səfəri zamanı yeni Əməkdaşlıq Proqramı imzalanaraq uğurla həyata keçirilir, faydalı təcrübə mübadiləsi aparılır. Ölkəmizdə ədliyyə sahəsində aparılan islahatlara və tətbiq olunan yeniliklərə böyük maraq göstərilərək bu sahədə müsbət təcrübəmizlə tanış olmaq məqsədilə Belarus ədliyyə nazirinin birinci müavini …
Read More »Sabah Bakıda 13, rayonlarda 16 dərəcə isti olacaq
Fevralın 6-da ölkədə müşahidə ediləcək hava şəraiti açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz …
Read More »Çexiya səfirliyi Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan şəxs barədə şərhdən imtina edib
Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çexiya vətəndaşı barədə bu ölkənin Azərbaycandakı səfirliyi danışmaqdan imtina edib. Boyukmillet.com xəbər verir ki, “Report”un müvafiq sorğusuna cavab olaraq səfirlikdən məsələni şərh etmədiklərini bildiriblər. Xatırladaq ki, fevralın 3-də Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb. Elə həmin gün müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib. Hazırda faktla bağlı …
Read More »Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək – SƏRƏNCAM
Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə …
Read More »Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı barədə DTX-də istintaq aparılır
Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı saxlanılıb. “Report”un əldə etdiyi məlumata əsasən, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmalarının davam etdiyi məlum olub. Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə məlumat verilib.
Read More »Azərbaycanın müdafiə təyinatlı məhsulları Ər-Riyadda beynəlxalq sərgidə nümayiş olunur
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ikinci dəfə təşkil edilən “World Defence Show-2024” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir. Nazirlikdən verilən məlumata görə, tədbirdə müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Bildirilib ki, 45-dən çox ölkədən 750-dən artıq iştirakçı və 115 xarici nümayəndənin qatıldığı “World Defence Show-2024” sərgisində Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan istehsalı …
Read More »Bir sıra ölkələrin MSK rəhbərləri prezident seçkiləri ilə əlaqədar Azərbaycana gəlib
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar bir sıra ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri və müşahidə missiyalarının rəhbərləri Azərbaycana gəlib. Boyukmillet.com-un xəbərinə görə, onlar arasında MDB-nin Baş katibi Serqey Lebedev və MDB katibliyinin rəhbəri Serqey Burutin, Monteneqro MSK-nın sədri Nikola Mugosa, İƏT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay və İƏT Katibliyinin seçki müşahidə bölməsinin rəhbəri Şakir Mahmud …
Read More »Həftəsonu Xankəndidə 27 silah aşkarlanıb
Fevralın 3 və 4-də Xankəndi şəhəri ərazisində 27 silah və sursat aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, 2 ədəd avtomat silahı, 24 ədəd müxtəlif markalı tapança, 1 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 54 ədəd patron darağı, 1609 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar