Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Ankaradakı Azərbaycan Kültür Dərnəyinin üzvləri Rəsulzadənin məzarını ziyarət edib

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar Ankara Cəbəci Əsri qəbiristanlığındakı məzarı Azərbaycan Kültür Dərnəyinin üzvləri və həmyerlilərimiz tərəfindən ziyarət olunub. Boyukmillet.com “Report”un Ankara bürosuna istinadən xəbər verir ki, mərasimdə Türkiyədə təhsil alan azərbaycanlı tələbə və məzun gənclər də iştirak edib. Məhəmməd Əmin Rəsulzadənin 1949-cu ildə qurduğu Azərbaycan …

Read More »

Yaşar Gülər Ankarada Azərbaycan generallarını qəbul edib

Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin generallarını qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib. https://twitter.com/intent/tweet?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1752706840268595370%7Ctwgr%5Ee042e65f54bbce3afaf55ae2e65526ab3a51c10f%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fherbi-xeberler%2Fyasar-guler-ankarada-azerbaycan-generallarini-qebul-edib%2F&in_reply_to=1752706840268595370

Read More »

Bakıda silahlı, eləcə də evlərdən və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Bakının Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları silahlı, eləcə də evlərdən və avtomobillərdən oğurluq edən şəxsləri saxlayıblar. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Həyata keçirilən tədbir zamanı Balaxanı qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Niyətağa Əliyev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” tapançası, patron darağı və 5 ədəd patron aşkarlanaraq götürülüb. Keçirilən növbəti tədbir zamanı …

Read More »

Qərbi Azərbaycan İcması senator Ben Kardinin Azərbaycanofob fəaliyyətini kəskin pisləyib

Qərbi Azərbaycan İcması senator Ben Kardinin Azərbaycanofob fəaliyyətini kəskin şəkildə pisləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı İcma bəyanat yayıb. Bəyanatda bildirilib ki,“beynəlxalq ictimaiyyət” təkcə ABŞ senatından ibarət deyil. “Qondarma “amerikan müstəsnalığı”nın əsiri olan Ben Kardinə görəsən kim “beynəlxalq ictimaiyyət” adından danışmaq səlahiyyəti verib?! Beynəlxalq ictimaiyyət dünyada BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına 4 il rəhbərlik edən Azərbaycana 120 …

Read More »

20-dən çox ölkənin QHT-ləri Cənubi Qafqaz regionunda ekoloji ədalətlə bağlı bəyanat yayıb

Dünyanın 22 ölkəsindən 49 Qeyri- Hökumət Təşkilatı (QHT) və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, onlar Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir. Bəyanatda deyilir ki, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır: “Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı …

Read More »

Fevral ayının ilk gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı …

Read More »

Mahnı sifarişi üstündə DSX-nin baş gizirini öldürməkdə təqsirləndirilənlərin məhkəməsində zərərçəkmiş ifadə verib

Paytaxtda mahnı sifarişi və söyüş üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş gizirini qətlə yetirməkdə, digər əməkdaşını isə bıçaqlamaqda təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Camal Həsənov dindirilib. O bildirib ki, əlbəyaxa dava zamanı özü 4 bıçaq yarası …

Read More »

Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iclası başlayıb, 3 rayonun mina xəritəsinin verilməsi gözlənilir

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir. Görüş İcevanla Qazax sərhədində keçirilir. Məlumata görə, görüşdə işğaldan azad olunan 3 rayonun minalı ərazilərinin xəritələrinin Azərbaycana təhvil verilməsi …

Read More »

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib. “Report”un Ankara bürosunun xəbərinə görə, ziyarətdə səfir Rəşad Məmmədov və digər diplomatlar iştirak ediblər. Məhəmməd Əmin Rəsulzadənin xatirəsi ehtiramla yad olunub, abidəsi önünə əklil qoyulub. Qeyd edək ki, bu gün M.Ə.Rəsulzadənin anadan olmasından 140 il ötür. Xatırladaq ki, Prezident İlham Əliyev …

Read More »