Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycanın xaricdə yaradılan seçki məntəqələrinin yerləşdiyi ölkələr məlum olub – EKSKLÜZİV

Fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycandan kənarda yaradılmış seçki məntəqələrinin yerləşdiyi ölkələrin siyahısı məlum olub. Boyukmillet.com xəbər verir ki,məntəqələrin yerləşdiyi diplomatik nümayəndəlik və konsulluqlar İtaliya, Koreya, Qazaxıstan (Astana, Almatı, Aktau), Qətər, Qırğızıstan, Latviya, Litva, Belçika, BƏƏ (Əbu-Dabi, Dubay), Böyük Britaniya, Çin, Çexiya, Estoniya, Fransa, Gürcüstan (Tbilisi, Batumi), İordaniya, İspaniya, İsveç, İsveçrə (Bern), Niderland, Özbəkistan, Pakistan, Polşa, …

Read More »

Türkiyənin təhsil naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Türkiyənin təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Bakıdakı “Türk şəhidliyi”ni ziyarət edib. Boyukmillet.com  xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib. Nazir Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanını …

Read More »

Ötən gün vətəndaşlardan qumbara və silah götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan qumbara və silah götürüb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 1 alışdırıcı, 3 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 6 patron təhvil götürüblər. Həmçinin, ötən gün qanunsuz saxlanılan 4 ədəd …

Read More »

Azərbaycan neftinin qiyməti cüzi artıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,14 ABŞ dolları, yaxud 0,1 % artaraq 87,54 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 82,51 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …

Read More »

Naxçıvanda gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açılıb

Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhədindəki Sədərək və Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açılıb. Bu barədə “Report”un yerli bürosuna Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, qurum Sədərək rayonunda vətəndaşlarla görüşlər və nəqliyyat sahəsində monitorinqlər keçirib. Aparılmış təhlillər nəticəsində Sədərəklə Dilucu arasında vətəndaşların nəqliyyat vasitəsi ilə daşınması zərurəti qeydə alınıb. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə yanvarın 30-dan …

Read More »

Ukrayna PUA-larla Rusiya ərazisinə hücum edib

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Pskov vilayətinə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, PUA-lar zərərsizləşdirilib. İtki və dağıntı barədə məlumat yoxdur.

Read More »

Sabahdan Milli Məclisin yaz sessiyası başlayır

Sabahdan – fevralın 1-dən Milli Məclisin yaz sessiyası başlayır. Boyukmillet.com -un məlumatına görə, qanunverici orqanın daxili nizamnaməsinə əsasən, sessiya mayın 31-dək davam edir. Parlamentin yaz sessiyasının ilk plenar iclasının gündəliyinə 10 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi; 2. Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin …

Read More »

Sumqayıt sakinində “Kalaşnikov” avtomatı aşkarlanıb

Sumqayıt sakinində silah-sursat aşkarlanıb. “Report”un yerli bürosu məlumat verir ki, polis əməkdaşları tərəfindən 1978-ci il təvəllüdlü Heydərov Səttar Heydər oğlunun üzərindən 1 ədəd 5,45 mm-lik “Kalaşnikov” markalı avtomat və ona məxsus daraq, 36 ədəd 5,45 mm-lik güllə aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar Rusiyanın 3 şəhərində məntəqələr açılacaq

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Rusiya Federasiyasındakı Səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı Baş Konsulluqlarda seçki məntəqələri açılacaq. Bu barədə Boyukmillet.com Azərbaycanın Rusiyadakı Səfirliyinin rəsmi teleqram kanalına istinadən xəbər verir. Səsvermədə Azərbaycanın 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan Respublikası vətəndaşının …

Read More »