Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Suriya ilə sərhəddə ABŞ hərbi bazası PUA hücumuna məruz qalıb, 3 əsgər ölüb

İordaniyada yerləşən ABŞ-nin hərbi bazası pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb. Bu barədə Boyukmillet.com “CNN”ə istinadən xəbər verir. Qeyd olunub ki, hücum nəticəsində 3 amerikalı əsgər ölüb, 20-yə yaxın əsgər yaralanıb. Amerikanın hərbi bazası Suriya ilə sərhəd yaxınlığında yerləşir. Hadisə ilə bağlı Amerika prezidenti Cozef Bayden yazılı bəyanat verib. Qeyd olunub ki, Vaşinqton İranın dəstəklədiyi qrupları İordaniyada ABŞ qüvvələrinə qarşı …

Read More »

Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb

Azərbaycan cüdoçusu Elcan Hacıyev Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə uğurlu çıxış edib. Boyukmillet.com-un məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda israilli Quy Qurevitçə qalib gələrək bürünc medal əldə edib. Eyni çəkidəki Vüqar Talıbov və Uşangi Kokauri (+100 kq) mükafat eldə edə bilməyiblər. Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), …

Read More »

Çavuşoğlu: Azərbaycanın hüquqlarının müdafiəsi boynumuzun borcudur

“Bir millət olaraq Azərbaycanın hüquqlarını müdafiə etmək boynumuzun borcudur”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Can Azərbaycana canımız fəda”, – Çavuşoğlu qeyd edib. Xatırladaq ki, Çavuşoğlu daha əvvəl Avropa Şurası Parlament Asssambleyasının (AŞPA) Azərbaycana qarşı qərarını qeyri-obyektiv və qeyri-konstruktiv adlandırıb. “Mən çox …

Read More »

Ərdoğan İstanbulda kilsədə hücumu törədənlərin 24 saat ərzində tutulacağını əmin edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Prezident hücumu törədənlərin 24 saat ərzində tutulacağını əmin edib. “Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq”, – Ərdoğan bildirib. Qeyd edək ki, silahlı hücum …

Read More »

Gürcüstanda erməni diasporunun aksiyası baş tutmayıb

Gürcüstandakı erməni diasporunun Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası baş tutmayıb. Bu barədə “Report”un yerli bürosu xəbər verir. Təşkilatçıların Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin qarşısında aksiya çağırışına yerli erməni icması reaksiya verməyib. Nəticədə nümayəndəliyin qarşısına yalnız təşkilatçılar toplanıblar. 10-15 nəfərlik aksiyaçı separatçı şüarlar səsləndirdikdən sonra ərazini tərk edib. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.

Read More »

Ermənistanın keçmiş prezidenti ölkə ordusunu yaralı adlandırıb

Ermənistan keçmiş prezidenti Robert Köçəryan ölkə ordusunu yaralı adlandırıb. Bu barədə Boyukmillet.com  yerli mətbuata istinadən xəbər verir. “Ümid edirəm ki, Ermənistan ordusu kürəyini sağaldacaq”, – sabiq prezident deyib. Xatırladaq ki, Ermənistan ikinci Qarabağ müharibəsində Azərbaycana rüsvayçı şəkildə məğlub olub.

Read More »

Prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin hesabatı açıqlanıb

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizədlərin seçki fondlarının gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb. Boyukmillet.conSecki-2024.az saytına istinadən xəbər verir ki, maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib. Qeyd edək ki, Seçki Məcəlləsinin 94.3.2-ci maddəsinə əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 …

Read More »

Türkiyədə maskalı şəxslər kilsəyə silahlı hücum edib, ölən var

Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub. Bu barədə Boyukmillet.com  “Haber Global”a istinadən xəbər verir. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında məlumatı təsdiqləyib. Nazir bildirib ki, hücum 2 maskalı şəxs tərəfindən həyata keçirilib. O, hadisə ilə bağlı …

Read More »

Müdafiə Nazirliyi şəhid hərbi qulluqçunun ailəsinə başsağlığı verib

Azərbaycanın Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçunun ailəsinə başsağlığı verib. Bu barədə  nazirlikdən bildirilib. “Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub. Müdafiə …

Read More »