Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının tutduğu qərəzli mövqe fonunda müdafiə edən Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna təşəkkür edib. Boyukmillet.com-un məlumatına görə, H.Hacıyev X hesabında hər birinə ayrı-ayrılıqda müraciət edərək onların birmənalı mövqe tutduqlarını vurğulayıb. Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya müraciət edən Hikmət Hacıyev yazıb: “Dəyərli Mevlüt bəy PACE-də Azərbaycana qarşı olan haqsızlıqla …
Read More »Sahibə Qafarova Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb
Yanvarın 26-da Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan nümayəndə heyətinin AŞPA-nın qış sessiyası zamanı üzləşdiyi əsassız ittihamlar barədə Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Milli Məclisdən daxil olan məlumata əsasən, məktubda Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin mahiyyətinə toxunulur. Bildirilir ki, Azərbaycan Respublikası 2001-ci ildə ölkədə …
Read More »Azərbaycan Səudiyyə Ərəbistanı ilə ixrac sahəsində əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun Azərbaycanda və digər ölkələrdə həyata keçirilən layihələrdə mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib. “Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində bu ölkənin Dövlət İnvestisiya Fondunun rəhbərinin müavini və Beynəlxalq İnvestisiyalar üzrə Baş İdarənin rəisi Turqi Al-Novaizer ilə keçirilən görüşdə …
Read More »Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu öldürülüb
Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraqın şimalındakı Qara bölgəsində PKK-nın üç terrorçusu öldürülüb. “Terror yuvalarını dağıtmağa davam edirik. İraqın şimalındakı Qara bölgəsində PKK-nın üç terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən öldürülüb. Terrorla və terrorçularla mübarizəmiz əzmlə, artan templə davam edəcək”.
Read More »Zaxarova: “Moskva Ermənistana Bakı ilə sülhü müzakirə etmək üçün dəvət göndərib”
Bir neçə gün əvvəl Moskva Ermənistan xarici işlər nazirinə Bakı ilə sülh müqaviləsini müzakirə etmək üçün Rusiyaya səfər dəvəti göndərib. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Keçən ilin sentyabrından başlayaraq dəfələrlə Ararat Mirzoyana sülh müqaviləsi məsələləri üzrə Moskvada məsləhətləşmələr üçün dəvət göndərilib. İrəvana sonuncu siqnal bir neçə gün əvvəl göndərilib”, – …
Read More »Paşinyan: “İrəvanla Bakı arasında razılaşma regionda sülhün əsası olacaq”
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionda sülhün bərqərar olmasına səbəb olacaq. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib. “Biz ümumi qəbul edilmiş prinsiplərə əsaslanaraq Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı razılıq əldə etdikdə və bunu imzaladıqdan sonra regionda sülh əldə olunacaq”, – o …
Read More »AŞPA-nın deputatı nə Assambleya, nə də ATƏT/DTİHB əvəzinə qərar qəbul edə bilməz
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının Azərbaycanda prezident seçkilərinin monitorinqi prosesində iştirak etməməsi ATƏT/DTİHB-nin müşahidə missiyasının işinə heç bir şəkildə təsir göstərməyəcək. Bunlar arasında əlaqənin olması barədə söhbətlər və ya sonuncunun seçkiləri müşahidə etməkdən imtinası üçün razılığa gəlmək ümumiyyətlə səriştəsizlikdir. Boyukmillet.com xəbər verir ki, DTİHB ötən il dekabrın 29-da Azərbaycanda missiyasına başlayıb. Seçki günü, yəni fevralın 7-də DTİHB-dən 200-dən …
Read More »Medianın İnkişafı Agentliyinin rəhbərliyinə yeni təyinat olub
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının birinci iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər. İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasında islahatlar davam etməkdədir. …
Read More »Xarici KİV: “Fransanın regionla iqtisadi əlaqələrinin 60 faizi Azərbaycanın payına düşür”
Fransanın Cənubi Qafqaz ölkələri ilə iqtisadi əlaqələrinin 60 faizi Azərbaycanın payına düşür və bu o deməkdir ki, iki ölkə arasında əlaqələrin birdəfəlik pozulması Parisin həm Bakıda, həm də bütövlükdə regionda maraqlarına zərbə vuracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə italiyalı jurnalist Françesko De Palonun “Formiche” qəzetində dərc olunan məqaləsində deyilir. Qeyd olunub ki, Fransa parlamentinin yuxarı palatasının yalnız parlamentin mövqeyini …
Read More »Bakı sakinindən 3 ədəd qumbara aşkarlanıb
Bakı sakinindən qumbara aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Çərkəzov saxlanılıb. Ondan 3 ədəd F-1 qumbarası aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar