2023-cü ildə 58 şəxs Ermənistanın mina terrorunun qurbanı olub. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışında deyib. Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri …
Read More »Abşeron rayonunda sursat aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş …
Read More »Zərdabda dələduzluqla vətəndaşların pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanılıb
Zərdabda vətəndaşlara qarşı dələduzluq edərək zərərçəkmişlərin pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab rayonun 4 nəfər sakini Rayon Polis Şöbəsinə müraciət edərək Fariz adlı şəxsin onlara qarşı dələduzluq etdiyini, yalan vədlər verərək pullarını və iribuynuzlu heyvanlarını ələ keçirdiyini bildiriblər. Daxil olmuş müraciətlər əsasında Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış …
Read More »Azərbaycan neftinin qiyməti 86 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,99 ABŞ dolları, yaxud 1,16 % artaraq 86,33 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 82,08 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …
Read More »Daha 30 ailə Füzuli şəhərinə yola salınıb – YENİLƏNİB
Bu gün Füzuli şəhərinə növbəti köç başlayıb. Boyukmillet.com xəbər verir ki, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də daha 30 ailə (104 nəfər) Füzuliyə yola salınıb. Qeyd edək ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan …
Read More »BMT-nin etirazına baxmayaraq ABŞ-də məhbus azot qazı ilə edam olunacaq
ABŞ-nin Alabama ştatında ilk dəfə olaraq məhbus azot qazı ilə edam olunacaq. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, azot qazı ilə öldürülməli olan məhbus Kennet Smit əvvəllər zəhərli inyeksiya ilə edamdan çətinliklə xilas olub. Kennet Smit 1988-ci ildə muzdlu qatil kimi törətdiyi qətlə görə edam olunacaq. Məhkəmənin sənədlərində bildirilir ki, azot qazı ilə edam üsulu ilk dəfə Alabamada …
Read More »Blinken Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışlayıb
ABŞ dövlət katibi Antoni Blinken Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışlayıb. Boyukmillet.com xəbər verir ki, Blinken “X” sosial şəbəkəsindəki hesabında yazıb. “İsveçin NATO-ya üzvlüyü ratifikasiyasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmasını alqışlayırıq. Biz sənədləri Vaşinqtonda almağı və İsveçi NATO-nun 32-ci müttəfiqi kimi qarşılamağı səbirsizliklə gözləyirik. İsveç və Alyans birlikdə daha güclüdür”, – Blinken qeyd edib. Qeyd edək ki, yanvarın 25-də …
Read More »İraqın qaz yatağında bombardmandan sonra yanğın başlayıb
İraq Kürdüstanının (Şimali İraq) Süleymaniyyə vilayətinin Çamçamal rayonunda yerləşən qaz yatağında naməlum silahlılar tərəfindən həyata keçirilən hücumdan sonra güclü yanğın baş verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Shafaq News” informasiya portalı mənbəyə istinadən məlumat yayıb. Qeyd edilir ki, Hormor yatağı bombalanıb, nəticədə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə və xilasedicilər gəlib, ərazidə yanğın sirenaları səslənir. Maddi zərərin miqyası hələ məlum …
Read More »Daşaltı əməliyyatından 32 il ötür
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 32 il ötür. Boyukmillet.com xatırladır ki, əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın …
Read More »XİN: Ermənistan itkin düşmüş 4 minə yaxın azərbaycanlının aqibəti barədə məlumatlar təqdim etməlidir
Son 30 il ərzində itkin düşmüş 4 minə yaxın azərbaycanlının aqibəti barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin mina xəritələri təqdim etmək niyyəti barədə açıqlamasına dair şərhində deyilir. “Bununla yanaşı, habelə azərbaycanlıların dəfn olunduğu kütləvi məzarlıqların yerləri də açıqlanmalıdır”, – XİN qeyd edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar