Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 108 nəfərin yeri müəyyən olunub

İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin yeri müəyyən olunub. Boyukmillet.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində nazir, general-polkovnik Vilayət Eyvazovun da iştirak etdiyi 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında bildirilib. Qeyd olunub ki, …

Read More »

Azərbaycan Mərkəzi Bankı “PAŞA Bank”ı cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Bank” ASC-yə qarşı 3 109 manat maliyyə sanksiyası tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə AMB-yə istinadən xəbər verir. Məlmata görə, bank sektorunda izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə məcburi ehtiyat normalarından istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər AMB haqqında qanuna əsasən, qurumun “Məcburi ehtiyatların norması, hesablanması …

Read More »

Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 24-ü axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 24-25-də Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0 dərəcədən 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yanvarın 24-də yollarda görünüş …

Read More »

MDB ölkələrinin XİN başçıları apreldə toplaşacaq

MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının aprel iclasının ilkin gündəliyinə 10 məsələ, o cümlədən xarici siyasətdə qarşılıqlı fəaliyyət proqramı daxildir. Boyukmillet.com  Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev Minskdə jurnalistlərə deyib. Onun sözlərinə görə, XİN başçıları Birlik ölkələrinin diplomatik qurumları arasında, xüsusən də beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin vəziyyətini müzakirə edəcəklər: “Gündəlikdə xarici siyasətdə qarşılıqlı fəaliyyətin …

Read More »

Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək

“Rəqəmlərin ritmi” ilə başlayan yol 2023-cü ildə ölkəmizdə ilk dəfə “Facemark” və “Good Finance” şirkətlərinin ortaq təşkilatçılığı ilə “Vergi və Mühasibatlıq Zirvəsi” (VMZ2023) keçirildi. Tədbirdə 600 nəfərə yaxın mühasib, maliyyəçi, vergi mütəxəssisi, sahibkar və digər bu sahədə maraqlı şəxslər iştirak etdilər. “Rəqəmlərin ritmi” sloqanı ilə keçirilmiş ilk “Vergi və Mühasibatlıq Zirvəsi” qarşısına qoyduğu məqsədlərə çatmış, təkcə mühasibatlıq və vergi ilə məhdudlaşmayan, həm …

Read More »

Şuşada İslam Dünyasının Mədəniyyət Forumu keçiriləcək

“Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirlər keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. İl ərzində keçiriləcək tədbirlərin siyahısı aşağıdakı kimidir: – Şuşada İslam Dünyasının Mədəniyyət Forumu; – Şuşada İslam Əməkdaşlığı Təşkilatının …

Read More »

MSK bu həftə “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar barədə qərar qəbul edəcək

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 28-dək “exit-poll” keçirmək üçün müraciət edən təşkilatların akkreditasiyası barədə qərar qəbul edəcək. Boyukmillet.com-un xəbərinə görə, qanunvericiliyə əsasən, səsvermə gününə ən azı 10 gün qalanadək bu barədə qərar qəbul olunmalıdır. Xatırladaq ki, MSK növbədənkənar Prezident seçkiləri ilə əlaqədar yanvarın 18-dək “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edib. Qeyd edək ki, növbədənkənar …

Read More »

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış və bağlanış mərasimlərinin vaxtı açıqlanıb

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərsimi bu ilin may ayında keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. Bununla bağlı Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu …

Read More »

Prezident seçkilərində müşahidə aparılması ilə bağlı ərizələrin MSK-ya təqdim edilməsi müddəti bitir

Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı prosedur yanvarın 28-dək yekunlaşmalıdır. Belə ki, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq …

Read More »

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib

 Baş nazir Əli Əsədov “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 21 noyabr tarixli 4176 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək …

Read More »