Şənbə , 27 Aprel 2024
Drone Cameras

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış və bağlanış mərasimlərinin vaxtı açıqlanıb

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərsimi bu ilin may ayında keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Bununla bağlı Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırıqlar verilib.

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi bağlanış mərasimi isə dekabr ayında olacaq.

Check Also

Azərbaycan kitabları Özbəkistanda sərgilənib

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan ümumrespublika kitab həftəsində Azərbaycan kitabları sərgilənib. Boyukmillet.com xəbər verir ki, …