Cümə axşamı , 9 May 2024
Drone Cameras

MSK bu həftə “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar barədə qərar qəbul edəcək

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 28-dək “exit-poll” keçirmək üçün müraciət edən təşkilatların akkreditasiyası barədə qərar qəbul edəcək.

Boyukmillet.com-un xəbərinə görə, qanunvericiliyə əsasən, səsvermə gününə ən azı 10 gün qalanadək bu barədə qərar qəbul olunmalıdır.

Xatırladaq ki, MSK növbədənkənar Prezident seçkiləri ilə əlaqədar yanvarın 18-dək “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edib.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilat MSK-ya sənədlərini təqdim edib. Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC-dir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll”u “ORACLE ADVİSORY GROUP”- (ABŞ) təşkilatı ilə birgə keçirəcək.

Check Also

Azərbaycanda vəkillərin sayı 2 463 nəfərə çatıb

Mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının (NMRVK) təşkilatçılığı …